140
şəkildə formalaşdırmaq imkanı verir. Bu isə yekunda axta-
rış prosesinə və onun nəticələrinə təsir edir.
İstifadəçi sorğusuna daxil edilən açar sözlərin qabaq-
cadan indeksləşdirilmiş sənədlərin axtarış obrazları ilə
müqayisəsindən sonra axtarış sistemi informasiya-axtarış
dilinin köməyi ilə istifadəçiyə konkret sənədlərə istinadla-
rın siyahısını təqdim edir. İAS-a görə istifadəçiyə verilən
sənədlər onun sorğusuna ən relevant sənədlərdir.
İnternetdə fəaliyyət göstərən Google, AltaVista, Excite,
Open Text, Yahoo, Yandex, Rambler və s. kimi axtarış
sistemlərində ən sadədən ən mürəkkəbə qədər müxtəlif
sorğuları formalaşdırmağa imkan verən güclü İAD
reallaşdırılmışdır.
İntellektual istifadəçi interfeysinin və sorğuların forma-
laşdırılması xidmətinin təşkili üçün istifadə olunan İAD
sənədlərin təqdim olunması və informasiyanın saxlanması
modellərindən, eləcə də onların indeksləşdirilməsi və
axtarılması üsullarından birbaşa asılıdır.
Dostları ilə paylaş: