Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə96/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   177
N 406

qeyri-pertinent sənədlər adlanır. 
Qeyd etmək lazımdır ki, pertinentlik anlayışı mahiyyət 
etibarı ilə faktiki relevantlıq anlayışına yaxındır. Aydındır  
ki, tapılmış sənədlərin relevantlıq dərəcələri axtarışın key-
fiyyətindən, yəni  İAS-ın "intellektual qabiliyyətindən", 
pertinentlik dərəcəsi isə istifadəçidən, onun mövzu sahəsini 
bilməsi səviyyəsindən, öz tələbatını ifadə  və  təsvir etmək 
bacarığından asılı olur. Təbii ki, burada İAS-ın axtarış apa-
ratı, eləcə də informasiya-axtarış dili böyük rol oynayır. 
İAS tərəfindən tapılan relevant sənədlər relevantlıq də-
rəcəsinə görə nizamlanmış, yəni sıraya düzülmüş siyahı 
şəklində istifadəçiyə  təqdim edilir. Siyahının  əvvəlində 
daha relevant sənədlər, sonra isə nisbətən az relevant olan-
lar və s. gəlir. 
Praktikada informasiya axtarışının nəticəsinin keyfiy-
yəti və İAS-ın işinin səmərəliliyi əsas iki qarşılıqlı əlaqəli 
parametrlə xarakterizə olunur:  
-  axtarışın dəqiqliyi; 
-  axtarışın dolğunluğu. 
Bu anlayışları  şərh etmək üçün aşağıdakı  işarələmələri 
qəbul edək. Tutaq ki, D – informasiya massivində olan sə-
nədlərin sayı, D
r
 – informasiya massivində olan bütün re-
levant sənədlərin sayı,  D
n
 – informasiya massivində olan 
bütün qeyri-relevant sənədlərin sayı,  D
t
 – İAS tərəfindən 
relevant sənəd qismində tapılıb istifadəçiyə verilmiş  sə-
nədlərin ümumi sayı,  D
nt
 – informasiya massivində olan, 
lakin İAS tərəfindən tapılıb istifadəçiyə verilməmiş sənəd-
lərin ümumi sayı, D
tr
 – İAS tərəfindən tapılıb verilmiş və 
istifadəçinin sorğusuna həqiqətən relevant olan sənədlərin 
sayı, D
tn
  – İAS tərəfindən tapılıb verilmiş, lakin sorğuya 


143 
relevant olmayan sənədlərin sayı,  D
rn 
– informasiya mas-
sivində sorğuya relevant olan, lakin İAS tərəfindən 
tapılmayan sənədlərin sayı, D
nn
 – informasiya massivində 
sorğuya relevant olmayan və  İAS tərəfindən tapılmayan 
sənədlərin sayıdır (şək.4.4).  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin