Microsoft Word Qasimov-ias docx


  Nəzəri-çoxluqlar modeli



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə104/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   177
N 406

6.2.  Nəzəri-çoxluqlar modeli 
Nəzəri çoxluqlar (bul) modelləri tammətnli axtarışı 
reallaşdıran  ən ilk və çox istifadə olunan modellərdir. Bu 


162 
modellərə  əsasən, axtarış sorğusundakı söz sənəddə rast 
gəlinirsə, onda həmin sənədin axtarılan sənəd olduğu qə-
bul edilir. Əks halda sənəd sorğuya relevant hesab olunur. 
Nəzəri-çoxluqlar modelində  sənədlərin və sorğuların 
təsvir edilməsi üçün bul dəyişənlərindən istifadə olunur. 
Məhz bu səbəbdən çox vaxt nəzəri-çoxluqlar modellərini 
“bul modelləri“ adlandırırlar. Beləliklə, bul modellərində 
sənədlər onun indeksində olan və bul dəyişənləri (məntiqi 
dəyişənlər) kimi qəbul edilən terminlər çoxluğunun kömə-
yi ilə təqdim olunurlar. Əgər hər hansı termin sənəddə rast 
gəlinirsə, onda bu termin üçün uyğun məntiqi dəyişən 
“True”,  əks halda “False” qiymətini alır. Terminlərə  hər 
hansı  çəki  əmsallarının mənimsədilməsinə icazə verilmir. 
Belə ki, burada yalnız terminin sənədə daxil olub-olma-
ması (True və ya False) faktı təsbit olunur. 
Bu modelə uyğun olaraq, istifadəçilər öz sorğularını 
məntiqi (bul) ifadələr  şəklində formalaşdırırlar. Sorğulara 
daxil olan terminlər AND, OR, NOT və s. kimi məntiqi 
əməllərin köməyi ilə bir-birinə bağlanırlar. Axtarış sistemi 
tərəfindən istifadəçinin sorğusu qəbul edildikdən sonra in-
formasiya fəzasının hər bir sənədi üçün seçim statusunun 
qiymətləri – retrial status values (RSV dəyişəni) hesab-
lanır. RSV dəyişəninin qiymətləri informasiya fəzasının 
sənədlərinin istifadəçinin sorğusuna uyğunluğu dərəcələ-
rini müəyyən etməyə imkan verir. RSV dəyişəni “1” və ya 
“0” qiymətlərindən birini alır.  Əgər verilmiş sorğu üçün 
məntiqi ifadənin qiyməti “True” olarsa, onda RSV dəyi-
şəni “1” qiymətini alır və müvafiq sənədlər verilmiş sor-
ğuya relevant kimi qəbul edilir. Əgər ifadənin qiyməti 
“False” olarsa, onda RSV=0 qiymətini alır və müvafiq sə-
nədlər sorğuya qeyri-relevant hesab olunur.  


 
 
163 
 
AND operatoru sorğuya cavab olaraq verilən sənədlərin 
sayını çox kəskin surətdə azalda bilər. Bu zaman hər şey ax-
tarış terminlərinin indekslər bazası üçün nə  qədər xarakterik 
olmasından çox asılı olur. OR operatoru isə əksinə sorğunun 
özünü doğrultmayan genişlənməsinə gətirib çıxara bilər. Belə 
olduqda isə faydalı informasiyanın lazımsız məlumatlar (in-
formasiya səs-küyü) arasında itib batmasına səbəb ola bilər. 
Bul modeli əsasında qurulmuş informasiya-axtarış dili-
nin müvəffəqiyyətlə tətbiq edilməsi üçün sistemin leksika-
sını  və tematik istiqamətini yaxşı bilmək tələb olunur. 
Adətən, belə İAD olan sistemlər üçün xüsusi mürəkkəb lü-
ğətlərə malik sənədli leksik məlumat (indekslər) bazaları 
yaradılır. Tezaurus adlanan bu lüğətlər terminlər arasında-
kı əlaqələr haqqında məlumatı özündə saxlayır. 
Qeyd etmək lazımdır ki, məntiqi modellər reallaşdırma 
üçün çox sadədir və bu baxımdan hazırda onlar bir çox 
kommersiya əsaslı (özəl) axtarış sistemlərində  tətbiq olu-
nurlar. Onlar məntiqi  əməllərin köməyi ilə istifadəçilərə 
öz sorğularını ixtiyari mürəkkəb ifadələr  şəklində forma-
laşdırmağa imkan verir. 
Həmçinin qeyd olunmalıdır  ki, məntiqi modeldə axta-
rışın effektivliyi, adətən, yüksək olmur. Belə ki, terminlərə 
çəki əmsallarının mənimsədilməməsi və relevant sənədlər 
qismində tapılmış bütün sənədlər üçün RSV dəyişəninin 
eyni qiymətlər alması  səbəbindən axtarışın nəticəsini ni-
zamlamaq və sıraya düzmək mümkün olmur. Ona görə də, 
tapılıb istifadəçiyə verilmiş sənədlərin siyahısında (onların 
sayı minlərlə, bəzən isə yüz minlərlə ola bilər) daha vacib 
sənədlər siyahının ortasına və ya axırına düşə və istifadə-
çinin diqqətindən kənarda qala bilərlər. 
Bu modeldə axtarışın effektivliyini artırmaq məqsədilə 
çox vaxt istifadəçi ilə  əks  əlaqə üsulundan istifadə olunur. 


164 
İAS tapılmış sənədlərin siyahısını istifadəçilərə verərkən sis-
tem onlardan siyahının  əvvəlində yerləşən bir neçə  sənədin 
həqiqətən relevant olub-olmamasını göstərməyi xahiş edir. 
Məntiqi modelin dəyişdirilmiş (modifikasiya olunmuş) 
variantı çəkiyə (qeyri-səlis çoxluqlar və münasibətlər nəzə-
riyyəsinin köməyi ilə qiymətləndirilir)  əsaslanan bul axta-
rışıdır. Belə axtarışın ideyası olduqca sadədir. Fərz edilir ki, 
termin sənədin məzmununu hər hansı dəqiqliklə təsvir edir 
və bu dəqiqlik terminin həmin sənəd üçün çəkisi kimi qəbul 
olunur. Bu zaman həm sənədin terminlərinin, həm də sor-
ğuya daxil olan terminlərin çəkisini müəyyənləşdirmək 
olar. Sorğular yuxarıda təsvir olunmuş informasiya-axtarış 
dilinin köməyi ilə formalaşdırıla, axtarışın nəticəsi isə isti-
fadəçiyə verilən zamanı  sənədlərin sorğuya yaxınlıq dərə-
cəsinə uyğun olaraq nizamlana bilər. Burada yaxınlığın öl-
çülməsi elə aparılır ki, məntiqi axtarış modeli çəkiyə əsas-
lanan bul axtarışının xüsusi halını təşkil etsin. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin