Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə107/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   177
N 406

6.5.  Ehtimallar modeli  
Ehtimal modelləri 1977-ci ildə reallaşdırılmışdır. Bu 
modellərə  əsasən tapılan sənədin sorğuya relevantlığı  hə-
min sənədin istifadəçi üçün maraqlı olması ehtimalına əsa-
sən qiymətləndirilir. 
Ehtimallar modeli axtarış prosesinin nəticəsində tapılan 
relevant sənədlərin nizamlanması prinsipinə  əsaslanır. Belə 
ki, təqdim olunan sənədlərin istifadəçilər tərəfindən müsbət 
qiymətləndirilməsi ehtimalına və ya onlar üçün əhəmiyyəti-
nə uyğun olaraq sıraya düzmək olar. Burada aşağıdakı  mə-
qamlar nəzərə alınır: 
-  informasiya massivində olan hər bir sənədin rele-
vantlığı digər sənədlərdən asılı deyildir; 
-  hər bir sənədin faydalılığı istifadəçi tərəfindən artıq 
baxılmış relevant sənədlərin sayından asılı ola bilər. 
Belə ki, baxılmış relevant sənədlərin sayı artdıqca 
qalan sənədlərin faydalılığı azala bilər. 
Ehtimallar modelində terminlər arasında mövcud qarşı-
lıqlı asılılıq və  əlaqələr nəzərə alınır, axtarışın  əsas para-
metrləri müəyyənləşdirilir.  İlk növbədə bu parametrlərə 
sorğularda olan terminlərin çəkilərini və "sorğu-sənəd" 
münasibətlərini aid edirlər. 
Bu modeldə  hər bir sənədə onun indeksləşdirilməsi 
üçün istifadə olunan və olunmayan terminləri göstərən bi-
nar vektor qarşı qoyulur. Vektor sənədlərin sorğuya rele-
vantlığının və ya qeyri-relevantlığının vəziyyətini  əks et-
dirir. Bu, iki əsas parametrlə müəyyən olunur: 
-  Prel – sənədin istifadəçinin sorğusuna relevant ol-
ması ehtimalı; 
-  Pnrel – sənədin istifadəçinin sorğusuna qeyri-rele-
vant olması ehtimalı. 


171 
Bu parametrlər terminlərin ehtimal olunan çəki  əmsal-
larıdır və terminlərin sənəddə faktiki mövcudluğu əsasında 
hesablanır. Sənədlərin relevantlığı binar xassə olduğundun 
P
rel
=1-P
nrel
  qəbul edilmişdir. 
Beləliklə, nəticədə bu modeldə sənədlər d binar vektoru 
ilə təsvir olunur. Sənədlərin indeksləşdirilməsi zamanı te-
matik rubrikatorda olan terminlərin istifadə olunub-olun-
maması faktı bu vektor vasitəsilə müəyyən edilir. Onun 
əsasında isə sənədlərin relevantlıq və ya qeyri-relevantlıq 
vəziyyətlərini müəyyən edən s

 və s
2
 əmsalları hesablana-
raq müvafiq sənədlərə mənimsədilir. 
d sənədinin istifadəçinin sorğusuna relevant və ya qey-
ri-relevant olması ehtimalını Bayes düsturu ilə  aşağıdakı 
kimi ifadə etmək olar: 

 
  
 
d
P
s
P
s
d
P
d
s
P
i
i
i


/
/
,
(6.6)
burada 
 
i
s
P
 
– sənədin relevantlığının (i=1) və ya qeyri-
relevantlığının (i=2) apriori ehtimalıdır, 


i
s
d
P
/
 
– axtarış
nəticəsində verilmiş sənədlər arasından həmin sənədin re-
levant (i=1) və ya qeyri-relevant (i=2) olması ehtimalıdır. 
Tam ehtimal düsturuna görə:  
 

   
  
2
2
1
1
/
/
s
P
s
d
P
s
P
s
d
P
d
P




. (6.7) 


i
s
d
P
/
 kəmiyyətinin hesablanması  və axtarış funksi-
yasına daxil edilməsi məqsədilə sorğularda olan termin-
lərin çəkilərinin müəyyən olunması üçün aşağıdakı müla-
hizələr əsasında qurulmuş mexanizmdən istifadə olunur: 
-  sənədlərin indeksləşdirilməsi zamanı terminlər bir-
birindən asılı olmadan istifadə olunur; 
-  sənədin sorğuya relevantlığı ehtimalı sorğuya daxil 
edilmiş terminlərin sənədin axtarış obrazlarında 
olub-olmaması əsasında qiymətləndirilir.  


 
 
172 
 
Bu mülahizələrin  əsasında aşağıdakı  çəki funksiyası 
daxil edilir: 



 

i
i
i
i
i
i
i
r
n
r
r
r
r
n
n
r
w







 log
, (6.8) 
burada,  n  – informasiya massivində olan sənədlərin sayı, 
i
n
 – 
i
t
 termini rast gəlinmiş  sənədlərin ümumi sayı,  r  – 
informasiya massivində istifadəçi sorğusuna relevant olan 
sənədlərin sayı, 
i
r
– 
i
t
 termini rast gəlinmiş relevant sə-
nədlərin sayı.  
i
r
,  r  və 
i
n
 kəmiyyətlərinin qiymətləri çox kiçik və ya 
sıfır olduqda 
i
r
 kəmiyyəti 


5
.
0
r
i

 ilə  əvəz oluna bilər. 
i
r
 
və  r  kəmiyyətlərinin müəyyən edilməsi üçün qabaq-
cadan bəlli olan və sonradan istifadəçi ilə  əks  əlaqə yolu 
ilə dəqiqləşdirilən qiymətlər istifadə olunur. 
Bundan əlavə, informasiya massivinin ayrı-ayrı hissələri 
üzrə alınmış  nəticələr də istifadə oluna bilər.  İstifadəçi ilə 
əks əlaqə olmadıqda, sistem tərəfindən avtomatik olaraq re-
levantlıq ehtimalının  ən böyük qiyməti mənimsədilmiş  sə-
nədlərin relevant sənədlər kimi qəbul edilməsi və bunun 
əsasında qiymətləndirmənin aparılması mümkündür. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin