173
Sintaktik vahidlərin identifikasiyası üçün sadə sintaktik
təhlil prosedurası istifadə oluna bilər. Adətən, ifadələrin
elementləri bu sintaktik vahidlər çərçivəsində seçilir.
Leksik indeksləşdirmə daha
köhnə və ənənəvi üsul he-
sab olunur. İstifadə olunduğu dövr ərzində bu üsul açar
sözlərə və bütöv ifadələrə görə axtarış sahəsində xeyli tək-
milləşdirilmişdir. İnkişaf etmiş leksik axtarış sistemlərində
stop-siyahılar, qrammatik sözyaratma və genişlənmiş sor-
ğular dili, eləcə də mətndə sözlərin bir-birinə yaxınlığı və
onların mətnin əvvəlinə yaxınlığı parametrlərinin
verilmə-
si imkanları istifadə olunur.
Bir çox sistemlərdə intellektuallıq əl ilə yaradılmış te-
zaurusların hesabına əldə olunur. Hazırda tezaurusların
avtomatik yaradılmasının müxtəlif üsullarının işlənib ha-
zırlanmasına baxmayaraq, onların
generasiya olunduğu
xüsusi mühitdən kənarda istifadə üçün bu tezaurusların ef-
fektivliyi sual altında qalır. Yəqinliklə demək olar ki,
müasir leksik axtarış sistemlərinin imkanları hər hansı dar
sahədə informasiya ilə maraqlanan ekspertlərin tələbatını
tamamilə ödəyir.
Lakin web mühitdə axtarış sistemlərinin əksər istifadə-
çiləri üçün leksik axtarışın effektivliyi
olduqca qeyri-qə-
naətbəxş olur. Bunun əsas səbəblərindən biri aşağıdakın-
dan ibarətdir: ekspertlərdən fərqli olaraq adi istifadəçiyə
mövzu sahələrində mövcud açar sözləri istifadə etməklə
öz sorğularını formalaşdırmaq çətindir. Əgər hər hansı
mövzu sahəsində sabitləşmiş və qəbul
olunmuş terminlər
yoxdursa, onda sorğunun formalaşdırılması daha çətin
olur. Bundan əlavə, dar mövzu sahəsindən kənara çıxmağa
cəhd olunduqda sözlərin sinonimlik və polisemiya (müx-
təlif mənalara malik eyni sözlər) xarakteristikaları çox cid-
di problem kimi meydana çıxır.