Microsoft Word Qasimov-ias docx


  Qeyri-səlis üstünlük münasibətləri əsasında



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə116/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   177
N 406

7.4.  Qeyri-səlis üstünlük münasibətləri əsasında 
relevant informasiyanın axtarılması 
Praktikada, adətən, informasiya axtarışı üçün istifadəçi tə-
rəfindən formalaşdırılmış sorğular bir neçə açar sözündən 
(termindən) ibarət olur. Axtarış nəticəsində sistem istifadəçi 
sorğusuna  əsasən müəyyən relevantlıq dərəcəsinə malik sə-
nədlər çoxluğunu istifadəçiyə  təqdim edir. Lakin qeyd olun-
malıdır ki, tapılıb istifadəçiyə verilmiş sənədlər sorğunun ayrı-
ayrı açar sözlərinə relevantlıq dərəcələrinə görə fərqlənirlər. 
Bundan  əlavə, axtarış üçün sorğuya daxil edilmiş açar 
sözlərin vaciblik dərəcələri fərqli olur. Belə ki, istifadəçi-


200 
yə  məlumdur ki, onun sorğuya daxil etdiyi açar sözlərin 
hansı daha vacib, hansı isə nisbətən az vacibdir. Ona görə 
də onların vaciblik əmsalları sorğunun formalaşdırılması 
zamanı istifadəçi tərəfindən müəyyən edilir. 
Yuxarıda qeyd  olunanları nəzərə alaraq, axtarış sistemi 
tərəfindən tapılıb istifadəçiyə verilmiş  sənədlər arasından 
sorğuya daha yüksək relevantlıq dərəcəsinə malik olan sə-
nədlərin orta ölçülü seçimini aparmaq lazım gəlir. Aşağıda 
istifadəçi sorğusuna daha relevant olan sənədlərin tapıl-
ması üçün sənədlərin qeyri-səlis üstünlük münasibətlərinə 
əsaslanmış üsul baxılır.  
Burada informasiya fəzasında relevant sənədlərin axta-
rılması məsələsi informasiya axtarışının qeyri-səlis modeli 
çərçivəsində daha münasib (relevant) informasiya ehtiyatı-
nun seçilməsi üzrə qərar qəbuletmə məsələsi kimi baxılır. 
Yuxarıda qeyd olunduğu kimi, bu model çərçivəsində in-
formasiya fəzası  sənədlər və axtarış terminləri, eləcə  də 
onlar arasındakı qeyri-səlis münasibətlər çoxluqları vasitə-
silə təqdim edilir. 
Bu modelin gələcəkdə istifadə olunacaq bəzi məqamla-
rını burada dəqiqləşdirək. Əvvəlki fəsildə verilən təriflərə 
uyğun olaraq, 
ij

 – 
j
termininin 
i
d
sənədinə daxilolma 
funksiyasıdır. O, terminlər və sənədlər arasındakı qeyri-sə-
lis münasibətləri təsvir edir. Bu münasibətlər indeksləşdir-
mə üsullarının (avtomatik indeksləşdirmə zamanı) və ya 
müvafiq sahədə ekspertlərin biliklərinin (tematik kataloq-
lar olduqda) köməyi ilə müəyyən edilir. 
Yuxarıda qeyd olunduğu kimi, sorğuya daxil edilmiş 
terminlər axtarılan sənədlər (onların tematikası) üçün 
müxtəlif vaciblik dərəcələrinə malik olurlar. Ona görə  də 
sorğuların tərtibatı zamanı istifadəçi açar sözlərdən  əlavə 


201 
onların bu sorğu üçün vaciblik dərəcələrini də müəyyən-
ləşdirir, yəni (7.14) və (7.15) düsturlarına uyğun olaraq 
açar sözlərin tərtib olunan sorğu üçün vaciblik əmsallarını 
da bu sorğuya daxil edir. 
İndi isə qeyri-səlis üstünlük münasibətləri  əsasında rele-
vant sənədlərin axtarılması məsələsinə baxaq. Tutaq ki, istifa-
dəçi sorğusu T terminlər çoxluğunun 
Q
T
 alt çoxluğundan iba-
rətdir və bütün 
Q
h
T
t

 terminləri üçün 
]
1
,
0
[
)
(

Q
h
t

 funk-
siyası müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, T (
T
t
h


çoxluğunda olan, lakin 
Q
T
 (
Q
h
T
t

) çoxluğuna daxil olma-
yan terminlərin vaciblik dərəcələri bu sənəd üçün sıfıra bəra-
bərdir. Başqa sözlə, 
Q

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin