206
mat bazalarını, fayl arxivlərini və s.)
özlərinə məxsus şə-
kildə indeksləşdirirlər [95].
Nəticədə, tərtib olunmuş eyni
sorğular üzrə ayrı-ayrı İAS tərəfindən aparılan axtarışlar
müxtəlif nəticələr verir. Həmçinin, axtarış nəticəsində ay-
rı-ayrı axtarış maşınları tərəfindən tapılmış eyni
sənədlərin
relevantlıq əmsalları fərqli ola bilər. Bundan əlavə, axtarış
sistemləri tematik baxımdan istiqamətlənmiş ola bilər ki,
bu da öz əksini axtarışın nəticəsində tapa bilər.
Ona görə də müxtəlif axtarış sistemlərinin əldə etdikləri
nəticələrin müqayisəli təhlili və onlar tərəfindən eyni sor-
ğuya verilmiş sənədlər arasından daha münasib (relevant)
sənədlərin seçilməsi məsələsi böyük aktuallıq kəsb edir.
Qeyd olunmalıdır ki, axtarış maşınları tərəfindən tapılıb
verilmiş sənədlər çoxluğu informasiya fəzasında
olan və
axtarış sistemləri tərəfindən əhatə edilən sənədlər çoxlu-
ğundan xeyli azlıq təşkil edir. Güman etmək olar ki, ax-
tarış sistemləri tərəfindən tapılıb verilmiş sənədlər çoxlu-
ğunun təhlili və emalı paylanmış informasiya axtarışını
həyata keçirməyə və axtarışın nəticəsini xeyli yaxşılaşdır-
mağa imkan verə bilər.
Paylanmış informasiya axtarışının təşkili İAS-ın aşağı-
dakı əsas xarakteristikalarını yaxşılaşdırmağa imkan verir:
- altsistemlərin paralel yerinə yetirilməsi
yolu ilə axta-
rışın tez həyata keçirilməsi;
- sistemin uzaqda olan komponentlərini cəlb etmədən lo-
kal qərarların müstəqil qəbul edilməsinin mümkünlüyü;
- modulluluq – altsistemlərin işlənib hazırlanmasının
bir-birindən asılı olmaması,
sistemin genişləndiril-
məsinin asanlığı və s;
- sıradan çıxmaya davamlılıq – sistemin bir altsiste-
minin və ya onun qoşulduğu rabitə kanalının sıradan
207
çıxması digər altsistemlərin, eləcə də bütövlükdə
sistemin işinin dayanmasına
səbəb olmur;
- şəbəkə və zaman resurslarının qənaət olunması və s.
Paylanmış axtarışın təşkili bir çox alt sistemlərdən (ax-
tarış maşınlarından və robotlarından) ibarət paylanmış
İAS-ın – multi-axtarış sisteminin yaradılması zamanı daha
böyük əhəmiyyət kəsb edir. Alt sistemlər tərəfindən veril-
miş lokal qərarlar təhlil olunur, ümumiləşdirilir və bundan
sonra onlar arasında seçim aparılır. Nəticədə, seçilmiş sə-
nədlər multi-axtarış sisteminin nəticəsi kimi qəbul olunur
və istifadəçiyə təqdim edilir.
Bu paraqrafda axtarış alt sistemlərinin lokal qərarlarının
müqayisəli təhlili və onlar arasında olan qeyri-səlis üstün-
lük münasibətlərinə görə ümumi qərarın
qəbul edilməsi
yolu ilə paylanmış informasiya axtarışının təşkili üsuluna
baxılır. Başqa sözlə, çoxlu sayda axtarış maşınlarından
ibarət olan multi-axtarış sisteminin yaradılması və bu ax-
tarış maşınlarının verdikləri nəticələr əsasında ümumi qə-
rarın qəbul edilməsi məsələsi tədqiq olunur.
Tutaq ki,
m
k
s
S
k
,
1
,
– multi-axtarış sisteminin
axtarış maşınları çoxluğu,
n
i
d
D
i
,
1
,
– arasından
daha relevant olanların seçilməsi
tələb olunan sənədlər
çoxluğu,
Dostları ilə paylaş: