157
Sənədin təqdimatının dəyişdirilməsi üsulları isə sənəd-
lərin təqdimat formasını dəyişdirir və ona görə də yalnız
cari axtarış seansda deyil, həmçinin sonrakı seanslarda da
axtarışın nəticəsini yaxşılaşdırmağa imkan verir.
Sorğunun təqdimatının dəyişdirilməsi üsullarının kö-
məyi ilə axtarışın effektivliyinin artırılması üçün üç üsul-
dan istifadə olunur:
- terminlərin çəkilərinin dəyişdirilməsi;
- sorğunun genişləndirilməsi;
- sorğunun parçalanması (hissələrə ayrılması).
Terminlərin çəkilərinin dəyişdirilməsi üsulu sorğuya
daxil edilmiş terminlərin çəkilərinin yaxşılaşdırılmasını
həyata keçirir. Terminlərin çəkilərinin korrektə edilməsi
üçün sorğu vektoru ilə müsbət əks əlaqəli
sənədlərin vek-
torlarını toplamaq lazımdır. Terminlərin çəki əmsallarını,
həmçinin sorğu vektorundan mənfi əks əlaqəli sənədlərin
vektorlarının çıxılması yolu ilə də korrektə etmək olar.
Qeyd olunmalıdır ki,
müsbət əks əlaqəli sənədlər dedik-
də axtarış nəticəsində istifadəçiyə verilmiş və istifadəçi
tərəfindən sorğuya relevant sənəd kimi qiymətləndirilmiş
sənədlər başa düşülür.
Axtarış sisteminin verdiyi sənədlər içərisindən istifadə-
çi tərəfindən qeyri-relevant sənəd kimi qeyd olunmuş sə-
nədlər isə
mənfi əks əlaqəli sənədlər kimi qəbul olunur.
Sorğu korrektə edildikdən sonra axtarış sistemi
tərəfin-
dən verilmiş relevant sənədlərin sayı korreksiyadan əvvəl-
kindən çox olmalıdır. Belə ki, əvvəlki relevant sənədlər-
dən əlavə əks əlaqənin köməyi ilə onlar arasından istifadə-
çi tərəfindən müsbət qeyd olunmuş relevant sənədlərə ox-
şar yeni sənədlər də bu çoxluğa əlavə olunur.
Relevant sənədlərin keyfiyyətində və sayında arzu olu-
nan səviyyə əldə edilənə qədər istifadəçi bu prosesi davam
etdirə bilər.
158
Sorğunun genişləndirilməsi üsulu ilkin
sorğuya yeni
terminlər əlavə etmək yolu ilə onu daha əhatəli edir. Belə
ki, əvvəlcə müsbət əks əlaqəli sənədləri təsvir edən ter-
minlər çoxluğu seçilir. Bu çoxluq terminlərin vaciblik də-
rəcələrinə görə nizamlandıqdan sonra siyahının əvvəlindən
verilmiş sayda termin götürülür və sorğuya əlavə edilir.
Sorğunun parçalanması (hissələrə ayrılması) üsulu ax-
tarış nəticəsində tapılmış sənədlər arasında müsbət əks
əlaqəli müxtəlif xarakterli sənədlər olduqda tətbiq olunur.
Belə hallarda istifadəçiyə verilmiş sənədlər çoxluğu eyni
xarakterə malik sənədlərdən ibarət bir neçə alt çoxluğa
(klasterə) bölünür. Əgər
bu mümkün olarsa, onda istifadə-
çinin sorğusu elə alt sorğulara (yəni ilkin sorğunun alt his-
sələri olan bir neçə ayrı-ayrı sorğulara) bölünür ki, hər bir
alt sorğu ayrı-ayrı sənədlər alt çoxluğuna uyğun olsun.
Bundan sonra hər bir alt sorğu üzrə ayrı-ayrılıqda axta-
rış aparılır, onların terminlərinin çəki əmsalları yaxşılaşdı-
rılır və ya bu alt sorğular əvvəl qeyd olunmuş üsulların kö-
məyi ilə genişləndirilir. Beləliklə, axtarışın effektivliyinin
səviyyəsi yüksəldilmiş olur.
Sənədlərin təqdimatının dəyişdirilməsi üsulları istifadəçi
ilə əks əlaqənin köməyi ilə axtarış sisteminin indekslər baza-
sında sənədlərin təqdim olunması vektorunu yaxşılaşdırma-
ğa imkan verir. Bu zaman terminlərin çəki əmsalları elə şə-
kildə korrektə edilir ki, tapılmış relevant sənədlərin vektoru
sorğunun vektoruna müəyyən qədər yaxınlaşmış olsun, qey-
ri-relevant sənədlərin vektorları isə əksinə ondan uzaqlaşsın.
Sənədlərin təqdim olunması vektorlarının belə korrek-
siyasından sonra növbəti dəfə analoji axtarış sorğusu daxil
edildikdə sistem əvvəlki axtarış seanslarına nisbətən daha
relevant sənədləri tapıb istifadəçiyə verir.