Microsoft Word Qasimov-ias docx


dillərin leksik tərkibi ciddi məhdudlaşdırılmış  və  təsbit  edilmiş olur, sərbəst leksikalı dillərin



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə90/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   177
N 406

dillərin leksik tərkibi ciddi məhdudlaşdırılmış  və  təsbit 
edilmiş olur, sərbəst leksikalı dillərin leksik tərkibinə isə 
məhdudiyyət qoyulmur və onlar sistemin fəaliyyəti pro-
sesində yeni leksik vahidlərin daxil edilməsi yolu ilə daim 
təkmilləşdirilir.   
Nəzarət olunan lüğətlərdə terminlər bazaya sistemin 
administratoru tərəfindən (və ya onun icazəsi ilə operator 
tərəfindən)  əlavə oluna bilər. Bütün yeni sənədlər yalnız 
bu bazada olan terminlər əsasında indeksləşdirilir. Sərbəst 
lüğətlərdə sənədlərdə yeni rast gəlinən terminlər avtomatik 
olaraq bazaya əlavə edilir. Sərbəst lüğət axtarış prosesində 
aktuallaşdırılan zaman təsbit edilmiş olur. Belə bazalarda 
müəyyən dəyişikliklər aparıldıqdan sonra yeniliklərin 
aktuallaşması üçün bazanın yenidən yüklənməsi tələb 
olunur.  
Sintaktik konstruksiyaların formalaşdırılması üçün isti-
fadə olunan qaydalarına görə təsviredici İAD iki yerə bö-
lünür: qrammatikalı  və qrammatikasız.  Qrammatikalı 
İAD-da sənədlərin təsviri və sorğuların formalaşdırılması 
üçün ciddi qaydalar istifadə olunur. Təbii dildən fərqli ola-


135 
raq, belə dillərdə ciddi təqdimat formaları istifadə oluna 
bilər. Məsələn, təbii dildə olan  
"axtarış sistemi sorğular dilinə malikdir", 
sintaksis: {subyekt, obyekt, hərəkət} 
cümləsi aşağıdakı şəkildə təsvir oluna bilər: 
"malik olmaq, axtarış sistemi, sorğular dili",  
sintaksis: {hərəkət, subyekt, obyekt}. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin