4.2. İnformasiya-axtarış dili Qeyd olunduğu kimi, İAS-a müraciət zamanı istifadəçi-
lərə sistemin sorğular dilini reallaşdıran interfeys xidməti
təqdim olunur. İstifadəçinin informasiya tələbatı məhz İAS-
ın təqdim etdiyi vasitələrin köməyi ilə onun başa düşdüyü
şəkildə ifadə olunmalıdır. Başqa sözlə, axtarış sorğusu İAS-
ın formal daxili sorğular dilində formalaşdırılmalıdır.
Adətən, İAS-da reallaşdırılan sorğular dili müəyyən
həddə qədər süni dil olur. Belə ki, sistemlə ünsiyyətin ya-
radılması, sorğuların formalaşdırılması, daxil edilməsi və
informasiyanın təqdim olunması üçün əsas vasitə kimi tə-
bii dilin tam istifadəsinin mümkün olmaması İAS-da in-