Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə85/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   177
N 406

 
 


IV FƏSİL  
İNFORMASİYA AXTARIŞININ NƏZƏRİ 
ƏSASLARI  
İnformasiya axtarışının əsas anlayışları  
İnformasiya-axtarış dili 
İnformasiya axtarışının nəticəsinin 
qiymətləndirilməsinin əsas meyarları 


122 
4.1. İnformasiya axtarışının əsas anlayışları  
Klassik mənada informasiya axtarışı hər hansı statistik 
sənədlər kolleksiyasından axtarış sorğusuna uyğun olan 
sənədlərin tapılmasından ibarətdir. Bura modelləşdirmə, 
sənədlərin təsnif edilməsi, süzgəcdən keçirilməsi və klas-
terləşdirilməsi, axtarış sistemlərinin arxitekturasının və is-
tifadəçi interfeyslərinin layihələndirilməsi, sənədlərin xü-
lasələrinin və referatlarıının hazırlanması, informasiyanın 
çıxarılması, informasiya-axtarış dilləri və s. məsələlər aid 
edilir. 
Geniş  mənada informasiya axtarışı  aşağıdakı  əsas 
vəzifələrin həllinin təmin edilməsinə yönəlmiş olur: 
-  Sorğuya relevant, informasiya tələbatını ödəyən 
informasiyanın axtarılıb tapılması; 
-  bir-birinə yaxın sahələrdə analoji informasiyanın 
axtarılması (ilkin informasiyanın genişlənməsi); 
-  əldə olunmuş informasiyanın ümumiləşdirilməsi və 
dəqiqləşdirilməsi; 
-  bilavasitə real məsələlərdən çıxış edərək informasi-
yanın təhlili və qiymətləndirilməsi. 
İnformasiya axtarışı probleminin mürəkkəbliyi infor-
masiyanın mənbələr çoxluğu üzrə paylanması qanununun 
obyektiv xarakteri ilə izah olunur. Belə ki, bu problem 
informasiya infrastrukturunun mürəkkəbliyi, hər hansı 
fəaliyyət sahəsi üzrə insanlara, o cümlədən mütəxəssislərə 
lazım olan bütün sənədli informasiya mənbələrinin bir 
yerə  yığılmasının qeyri-mümkünlüyü, eləcə  də müasir 
dövrdə mövcud olan informasiya axınlarının yuxarıda 
qeyd olunan xüsusiyyətləri ilə bağlı olur. 


123 
İnformasiya axtarışı problemi bu və ya digər dərəcədə 
informasiya-kommunikasiya texnologiyalarının, o cümlə-
dən internetin informasiya ehtiyatlarının köməyi ilə  həll 
edilir. Lakin informasiya çatışmazlığı problemini internet 
tamamilə həll edə bilməz. Çünki internetdə tapılmış infor-
masiyanın dolğunluğu, doğruluğu və həqiqiliyi meyarları-
nın qiymətləri heç də həmişə müsbət olmur.  
İnformasiya axtarışı (ingiliscə “information retrieval”) 
termini ilk dəfə 1952-ci ildə Kelvin Muyers tərəfindən is-
tifadə olunmuşdur. 
Ümumi halda, informasiya axtarışı  (İA) dedikdə  hər 
hansı sənədlər çoxluğundan göstərilən mövzuya aid olan, 
əvvəlcədən müəyyən edilmiş axtarış  şərtini (axtarış sor-
ğusunu) ödəyən zəruri faktları, məlumatları və verilənləri 
özündə saxlayan sənədlərin tapılması prosesi başa düşü-
lür. Başqa sözlə,  İA informasiya tələbatının ödənilməsi 
üçün istifadəçinin təqdim etdiyi axtarış sorğusuna uyğun 
olan məlumatların (və ya bu məlumatları özündə saxlayan 
sənədlərin) tapılması prosedurasıdır.  
İA prosesi informasiyanın toplanması, emalı, aidiyyəti 
şəxslərə təqdim edilməsinə yönəlmiş əməliyyatlar ardıcıl-
lığını özündə birləşdirir.  İA zəif strukturlaşdırılmış veri-
lənlərin təqdim edilməsi, saxlanılması və təşkili məsələlə-
ri ilə bilavasitə bağlı olan prosesdir. İA-nın elementar va-
hidi sənəddir. 
İS prosesi dörd mərhələdə yerinə yetirilir: 
-  informasiya tələbatının müəyyən edilməsi və infor-
masiya sorğusunun formalaşdırılması; 
-  mümkün informasiya mənbələri (massivləri) məcmu-
sunun müəyyən edilməsi; 
-  aşkar olunmuş informasiya massivlərindən informa-
siyanın seçilib götürülməsi və təqdim edilməsi; 


124 
-  alınmış informasiya ilə tanışlıq və axtarışın nəticəsi-
nin qiymətləndirilməsi. 
İA prosedurası ümumi şəkildə sxematik olaraq 4.1 
saylı şəkildə göstərilmişdir.  
Yox 
Hə 
Sorğunun 
formalaşdırılması 
Sorğu üzrə informasiyanın 
axtarılması 
Axatrışın nəticələrinin 
baxılması 
İstifadəçi təmin 
edilibmi? 
İstifadəçi tərəfindən 
sorğunun dəyişdirilməsi 
Axtarışın başa çatması 
Şək.4.1. İnformasiya axtarışı prosedurası 


125 
Şəkildən göründüyü kimi, informasiya axtarışı prosesi 
iterativ proseduradır, yəni istifadəçinin tələbləri ödənilmə-
dikdə ona sorğusunda dəyişikliklər etmək və yeni sorğu 
üzrə təkrar axtarış aparmaq imkanı verilir. İstifadəçinin tə-
ləbatı tam ödənilənə qədər bu proses davam etdirilə bilər. 
İnformasiya axtarışının əsas məqsədi istifadəçilərə on-
ların informasiya tələbatlarının ödənilməsində yardım et-
məkdən ibarətdir.  İstifadəçinin informasiya tələbatı axta-
rılan informasiyanı xarakterizə edən açar sözlər çoxluğun-
dan ibarət olan sorğu  şəklində formalaşdırılır. Lakin mə-
lumdur ki, informasiya tələbatını dolğun şəkildə əks etdi-
rən axtarış sorğusunun təsvir edilməsi texniki baxımdan o 
qədər də asan məsələ deyildir.  
Ümumiyyətlə, informasiya axtarışının həyata keçiril-
məsinin əsas məqsədi aşağıdakılardan biri ola bilər: 
-  informasiya mənbəyi haqqında zəruri məlumatların 
axtarılması və onun digər mənbələr sistemində möv-
cud olmasının müəyyən edilməsi – daha effektiv ax-
tarışın aparılması üçün yaradılmış biblioqrafik infor-
masiyanın və biblioqrafik vəsaitlərin istifadəsi; 
-  lazım olan informasiyanı özündə saxlayan informa-
siya mənbələrinin (sənədlərin və nəşrlərin) özlərinin 
axtarılması; 
-  nəşrlərdə olan faktiki (məsələn, tarixi faktlar və ha-
disələr, konkret obyektlərin arxitektur qiymətliliyi, 
maşın, qurğu və proseslərin texniki xarakteristikala-
rı, maddə və materialların xassələri, alimin, mühən-
disin biblioqrafrik verilənləri haqqında) məlumatla-
rın axtarılması. 
-  müxtəlif miqyaslı,  ətraflı, dərin və s. tədqiqatlara 
əsaslanan ümumi xarakterli analitik informasiyanın 
axtarılması. 


126 
Bu məqsədlərə uyğun olaraq, informasiya axtarışının 
dörd əsas növünü fərqləndirirlər:  
-  biblioqrafik axtarış;  
-  sənədli axtarış;  
-  faktoqrafik axtarış;  
-  analitik axtarış. 
Eyni zamanda axtarış obyektinin növündən, formasın-
dan, məzmunundan və formatından asılı olaraq, infor-
masiya axtarışının aşağıdakı növləri qeyd olunur: 
-  Tammətnli axtarış – sənədlərin məzmunu (bütün 
mətni) üzrə axtarış prosesidir. Tammətnli axtarış sis-
temlərinə nümunə kimi internetin informasiya-ax-
tarış sistemlərini göstərmək olar. 
-  Meta-verilənlər üzrə axtarış  – sənədlərin axtarış 
sistemi tərəfindən qəbul edilən atributlarına  və ya 
rekvizitlərinə (sənədin adı, yaradılma tarixi, ölçüsü, 
müəllifi və s.) görə axtarılması prosesidir. Bura ki-
tabxana-informasiya sistemlərində istifadə olunan 
elektron kataloqları aid etmək olar. 
-  Təsvirə görə axtarış – məzmununa görə  təsvirlərin 
axtarılması prosesidir. Axtarış sistemi təsvirlərin 
məzmunlarını tanıyır. Axtarış  nəticəsində verilmiş 
təsvirə oxşar şəkillər istifadəçiyə təqdim edilir. 
-  Ünvanlı axtarış – axtarış sorğusunda göstərilən for-
mal  əlamətlərə görə  səndələrin axtarılması prosesi-
dir. Burada sənədin ünvanı dedikdə onun yaddaş 
qurğusunda, informasiya saxlanclarında yerləşməsi 
qaydaları nəzərdə tutulur. Ünvan qismində web-ser-
verin və ya web-səhifənin URL-ünvanı, biblioqrafik 
məlumat bazasında yazıların elementləri, sənədlərin 
saxlanclarda saxlanması ünvanları  və s. çıxış edə 
bilər. 


 
 
127 
 
-  Semantik axtarış – sənədlərin məzmununa görə on-
ların axtarılması prosesidir. Burada sənədin və sor-
ğunun məzmunu təbii dildən informasiya-axtarış di-
linə çevrilir və onların axtarış obrazları yaradılır, ax-
tarışın  əlavə  şərtləri göstərilən axtarış  təsviri tərtib 
olunur. 
-  Sənədli axtarış – istifadəçinin sorğusuna uyğun ola-
raq, informasiya-axtarış sisteminin saxlancında ilkin 
sənədlərin və ya verilənlər bazalarında ikinci dərə-
cəli sənədlərin axtarılması prosesidir. Sənədli axtarı-
şın iki növü vardır: ilkin sənədlərin axtarışına yönəl-
miş kitabxana axtarışı və sənədlər haqqında biblioq-
rafik yazılar şəklində təqdim olunmuş məlumatların 
axtarışına yönəlmiş biblioqrafik axtarış. 
-  Faktoqrafik axtarış – axtarış sorğusuna uyğun olan 
faktların axtarılması prosesidir.  
İnformasiya axtarışı sahəsində  əsas anlayışlardan biri 
də sorğu anlayışıdır. Praktikada çox vaxt axtarış sorğusu 
və ya informasiya sorğusu terminlərindən istifadə olunur. 
Burada informasiya (axtarış) sorğusu dedikdə istifa-
dəçinin informasiyaya olan tələbatının informasiya-axta-
rış dilində ifadə olunan xüsusi forması başa düşülür. Bəzi 
axtarış sistemləri sorğunu təbii dildə daxil etməyə imkan 
verir. 
İnformasiya axtarışının həyata keçirilməsi üçün infor-
masiya-axtarış sistemləri reallaşdırılır. İnformasiya-axta-

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin