rış sistemi (İAS) – istifadəçiləri maraqlandıran informasi-
yanın saxlanılması, axtarışlması və təqdim edilməsi üçün
nəzərdə tutulmuş proqram-texniki sistemdir.
Bir qayda olaraq, İAS tərəfindən informasiya axtarışın
təşkili üçün mümkün sənədlərin göstəriciləri (təsviredi-
ciləri) çoxluğu yaradılır. Göstəricilər açar sözlər və ya söz
128
birləşmələrindən, onların aid olduqları sənədə istinaddan
ibarət ola bilər. Açar sözlər və ya söz birləşmələri həmin
sənədin hər hansı xassəsini daşıyır, onun məzmununa uy-
ğun olur, onu mahiyyətcə təsvir edir, istinadlar isə məhz
bu xassələrə malik olan sənədlərə istiqaməti müəyyən
edirlər. Ənənəvi sənədli İS-də göstəricilərin bir neçə for-
masından istifadə olunur. Daha geniş yayılmış göstəricilər
müəllif, mövzu və sistemli göstəricilərdir.
Ayrı-ayrı söz və ya söz birləşmələrindən ibarət olan belə
göstəricilərə (terminlərə, açar sözlərə və s.) indekslər deyi-
lir. Sənədlərin göstəricilərinin, yəni onların indekslərinin
yaradılması prosesi indeksləşdirmə adlanır. Sənədlərin in-
deksləşdirilməsi zamanı onlardan seçilib götürülən termin-
lər və ya açar sözlər indeksləşdirmə terminləri adlanır.
Adətən, hər bir indeksin aid olduğu sənəd üçün təxmin
edilən vaciblik dərəcəsini əks etdirən çəki əmsalları ayrı-
ayrılıqda hesablanır və ona əlavə edilərək bazada saxla-
nılır. İndeksləşdirmə prosesində istifadə olunan terminlər
çoxluğuna lüğət, informasiya ehtiyatlarının indeksləşdiril-
məsi nəticəsində alınmış göstəricilər (indekslər) çoxluğu-
na indekslər bazası, bəzən isə sadəcə indeks deyilir. Ayrı-
ayrı sənədlərin məzmununu təsvir edən indekslər (göstə-
ricilər) çoxluğu sənədin axtarış obrazı adlanır.
İndekslər bazası yaradıldıqdan sonra İAS axtarış ma-
şınları adlanan xüsusi proqramların köməyi ilə istifadəçilərə
tərtib etdikləri sorğular vasitəsilə həmin bazalara müraciət
etmək imkanını verir. Ümumiyyətlə, axtarış prosesi istifadə-
çinin sorğusu ilə sənədin indekslər bazasında olan axtarış
obrazının müqayisə edilməsindən ibarətdir. Ona görə də
sistemə daxil olmuş sorğular da informasiya massivinin
sənədlərinə analoji olaraq indeksləşdirilməlidir (şək.4.2).
129
Şək.4.2. İnformasiya axtarışının sadələşdirilmiş
prosedurası (indeksləşdirmə və axtarış)
İndeksləşdirmə –
sənədin məzmununun
təhlili
Sorğunun məzmununun
təhlili
(sorğunun
formalaşdırılması)
İndekslər bazası
(sənədlərin indekslərin
köməyi ilə təsviri – axtarış
Sorğunun
daxil edilməsi
Sorğunun
indeksləşdirilmiş forması
İnformasiyanın axtarılması:
Sorğunun və sənədlərin terminlərinin müqayisəsi,
sorğunun tələblərinə uyğun gələn sənədlərin
təsvirlərinin verilməsi
(avtomatik proses)
Cavab
(axtarışın nəticəsi)
İnformasiya
massivinin sənədləri
130
Sənədlərin istifadəçinin sorğusuna relevant olub-olma-
ması barəsində qərar həmin sənədlərə və sorğuya aid olan
terminlər çoxluqlarının müqayisəsi nəticəsində qəbul edi-
lir. Nəticədə, istifadəçilərə elə sənədlər təqdim olunur ki,
onların axtarış obrazları istifadəçinin sorğusunun axtarış
obrazı ilə müəyyən olunmuş dərəcədə üst-üstə düşmüş
olsun. Qeyd olunmalıdır ki, burada çox vaxt sorğunun və
sənədlərin axtarış obrazları qismən üst-üstə düşür. Başqa
sözlə, bu obrazlar tam üst-üstə düşmür, lakin onlar çox
yaxın olurlar.
Axtarış nəticəsində sənədlərin sorğuya uyğun olub-
olmamasının müəyyənləşdirilməsi kriterisi hər bir sənəd
və sorğu cütlüyü üçün oxşarlıq (relevantlıq) əmsalının he-
sablanması prinsipinə əsaslana bilər. Bu halda oxşarlıq
əmsalının qiyməti əvvəlcədən müəyyən edilmiş həddən
(sərhəd qiymətindən) yuxarı olan sənədlər nəticə (relevant
sənədlər) qismində istifadəçiyə verilir. Tapılmış sənədlər
sorğuya oxşarlıq dərəcələrinə görə nizamlanır və bu qiy-
mətlərin azalması ardıcıllığı ilə istifadəçiyə təqdim olu-
nur. İnformasiya axtarışı prosesinin ümumi strukturu 4.3
saylı şəkildə verilmişdir.
Ümumiyyətlə, informasiya axtarışı proqram-texniki
üsul və vasitələrdən istifadə etməklə dörd mərhələdə hə-
yata keçirilir:
- Axtarışın məqsəd və vəzifələrinin formalaşdırılması –
fərd və ya təşkilat qarşısında duran vəzifələrin icrası
zamanı yaranan informasiya tələbatından irəli gələrək
həyata keçirilir. Axtarışın vəzifələrinin müəyyənləş-
dirilməsi axtarılan informasiyanın (ədəbiyyatın) sahə-
sini və xüsusiyyətlərini müəyyən etməyə, axtarışın
həyata keçirilməsi üçün plan və proqramın tərtib edil-
məsini asanlaşdırmağa imkan verir.
|