215
təsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə proq-
ramlar üçüncü yanaşmada təqdim olunan informasiya-axta-
rış sistemlərinin robot proqramlarının xüsusi formasıdır. Bu
yanaşmaya, həmçinin, dar mövzu sahəsində informasiya ax-
tarışını həyata keçirən xüsusi proqramlar da aid edilir. Təbii
ki, bu yanaşma nəticəsində təqdim olunan sənədlərin də is-
tifadəçi tərəfindən dəqiq emalı tələb olunur.
Ümumiyyətlə, internetdə informasiya axtarışı dedikdə
mövcud informasiya-axtarış sistemləri, eləcə də hər hansı
saytın və ya informasiya sisteminin axtarış mexanizmləri
vasitəsilə lazım olan məlumatın axtarılıb tapılması nəzərdə
tutulur. Bu halda istifadəçi ona hansı informasiyanın lazım
olduğunu bilir, lakin bu informasiyanın harada, hansı in-
ternet saytında və ya informasiya sistemində yerləşdiyini
bilmir. İnternetdə axtarış aparmaq üçün istifadəçi zəruri
axtarış sorğusunu formalaşdıraraq müvafiq informasiya-
axtarış sisteminə və ya axtarış mexanizmi olan informasi-
ya sisteminə ötürür. İstifadəçi sorğusunun cavabında axta-
rış sistemi tərəfindən tapılmış informasiya ehtiyatlarının
siyahısını (adları və ya ünvanları göstərilməklə) alır.
Əvvəlki URL-ünvanın daxil edilməsi yolu ilə lazım
olan saytın açılması, hiperistinadlar üzrə hərəkət etməklə
zəruri informasiya ehtiyatına keçid və yeni informasiya
ehtiyatlarının təhlili kimi yanaşmaları isə sadəcə internet-
də naviqasiya adlandırmaq olar.
Dostları ilə paylaş: