8.3. İnternetin informasiya-axtarış sistemlərinin təsnifatı Hazırda internetdə çoxlu sayda informasiya-axtarış sistem-
ləri fəaliyyət göstərir. Onların əsas məqsədi istifadəçilərə zən-
gin servis, lazım olan məlumatlara sürətli və rahat girişi təmin
edən informasiya xidmətinin təşkilindən ibarətdir. Belə ki,
istifadəçi internetin informasiya sistemlərinə (saytlara) bilava-
sitə müraciət etmədən İAS-ın köməyi ilə həmin saytlarda sax-
lanılan informasiya ehtiyatları haqqında ətraflı məlumat əldə
etmək, o cümlədən onların URL-ünvanlarını, formatını, dilini,
tematikasını və s. müəyyənləşdirmək imkanına malik olur.
Ümumiyyətlə, İAS-ı bir sıra kriterilərə görə təsnif et-
mək olar. Əvvəla, web-mühitdə reallaşdırma zamanı isti-
fadə olunan yanaşmalara və sənədlərin axtarış obrazlarının
yaradılması prinsiplərinə görə informasiya-axtarış sistem-
lərini aşağıdakı növlərə bölmək olar:
- tematik (mövzu) kataloqlar;
- axtarış maşınları – avtomatik indekslər;
- meta-axtarış sistemləri.
Qeyd edilməlidir ki, bu bölgü şərtidir. Belə ki, bütün te-
matik kataloqlar həm də açar sözlərə görə axtarış funksi-
yalarını reallaşdırırlar. Axtarış maşınları isə bir çox hallar-
da kataloq təsnifatlarını özlərində birləşdirirlər.
İnformasiya ehtiyatlarının təsvir olunması üçün termin-
lərin seçilməsi üsullarına görə axtarış sistemləri iki yerə
bölünür:
- terminlərin aid edilməsi üsulundan istifadə edən İAS;
- terminlərin sənədəin məzmunundan seçilməsi üsu-
lundan istifadə edən İAS.
Birinci qrupa daxil olan İAS-da terminlərin seçilməsi
üçün istifadə edilən üsula əsasən sənədlərə aid edilən və in-
220
dekslər bazasına yazılan terminlər bu sənədin məzmununda
rast gəlinməyə də bilər, lakin mənaca onun məzmununu tam
dəqiqliyi ilə əks etdirməlidir. Həmin terminlər xüsusi olaraq
hazırlanmış müxtəlif lüğətlərdən, tezauruslardan, soraqçalar-
dan və s. seçilir. İkinci qrupa daxil olan İAS-da terminlər
xüsusi indeksləşdirmə üsullarının köməyi ilə sənədlərin
məzmunlarından seçilir və indekslər bazasına əlavə edilir.
İndeksləşdirmə proseduralarının reallaşdırılması üsulla-
rına görə də İAS-ı iki kateqoriyaya ayırırlar:
- əl ilə indeksləşdirmə üsulları reallaşdırılan İAS;
- avtomatik indeksləşdirmə üsulları reallaşdırılan İAS.
Birinci növ axtarış sistemlərində informasiya ehtiyatla-
rının indeksləşdirilməsi prosesi mövzu sahəsini yaxşı bi-
lən mütəxəssislər tərəfindən əl ilə, ikinci növ sistemlərdə
isə xüsusi proqram vasitələrinin, o cümlədən robot proq-
ramlarının köməyi ilə həyata keçirilir.
İsifadə olunan informasiya-axtarış dillərinə görə İAS
iki yerə bölünür:
- sadə dialoqu olan İAS – açar sözlərə görə və ya te-
matik kataloq üzrə sadə axtarış aparmağa imkan verir;
- inkişaf etmiş dialoqu olan İAS – məntiqi əməliyyat-
ların köməyi ilə mürəkkəb sorğuları tərtib etmək və
onların əsasında axtarış həyata keçirmək imkanına
malik olurlar.
Nəticələrin istifadəçiyə təqdim edilməsi üsullarına görə
İAS-ı iki yerə bölmək olar:
- sənədlərin relevantlıq dərəcələrinin təhlili aparıl-
madan tərtib olunan sadə siyahı təqdim edən İAS;
- sorğuya relevantlıq dərəcələrinə görə tapılmış sənəd-
lərin düzülmüş – nizamlanmış (sistemləşdirilmiş) si-
yahısını təqdim edən İAS.
221
İstifadəçi ilə əlaqənin təşkili üsullarına görə də İAS iki
qrupa bölünür:
- istifadəçi ilə əks əlaqəsi olmayan İAS;
- istifadəçi ilə əks əlaqə reallaşdırılan İAS.