AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
QƏBƏLƏYƏ 2007-ci il MART SƏFƏRİ
rezident İlham Əliyevin bölgəyə növbəti səfəri
bu dəfə əhalinin iqtisadi
vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə xatırlanır.
Azərbaycanın hər bölgəsində olduğu kimi burada da aydın inkişaf nəzərə çarpır. Çünki
dövlət başçısının gəlişi ilə bir neçə iqtisadi əhəmiyyətli obyektlərin açılışı, bütün sahələrdə
islahatlar aparıldığı müşahidə edildi və nəhəng müəssisələrin təməl qazma prosesi ilə
nəticələndi. Əgər iki il ərzində baş verən hadisələri təhlil ediriksə,
deməli bir neçə ildən
sonra Qəbələnin iqtisadi həyatında daha yadda qalan nailiyyətlərdən söhbət gedəcək.
Səfəri zamanı prezident özü öz əməyindən, görülən işlərdən məmnun qaldı. Burada
inkişafı gücləndirmək üçün növbəti tapşırıqlarını verdi və nəinki Qəbələnin hətta bütün
bölgələrin inkişafına çalışan dövlətin iqtisadi inkişafından danışdı.
“Biz bölgələri inkişaf
etdirməklə, güclü iqtisadi dövlət yaratmağa başlamışıq və artıq buna nail olmuşuq, indi
ölkəmizin hər bir vətəndaşı bu irəliləyişi hiss edir, inkişafı görür və çalışmalıdır ki, daha
iqtisadi yeniliklərin şahidi olaq.”
Həmişəki kimi yenə də böyük sevinc hissi ilə qarşılanan dövlət başçısı İlham Əliyev
və Mehriban xanım Əliyeva öncə “Heydər Əliyev muzeyi”nin açılış mərasimində iştirak
edirlər. Rəmzi açılışı bildirən lent kəsilir, ulu öndərin muzeydə qoyulmuş büstü önünə gül
dəstələri qoyulur.
200-dən artıq fotoşəkil, arxiv sənədləri və müxtəlif kitablar toplanmış muzey
həm də
Heydər Əliyev Fondunun Qəbələ filialı kimi də fəaliyyət göstərəcəkdir. Burada kitabxana,
sənədli filmin nümayişi üçün salon var. Ekspozisiya ulu öndərin uşaqlıq və gənclik
illərindən, ailə həyatından, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illərdən,
Azərbaycana rəhbərliyinin hər iki dövründən, Moskvada SSRİ-nin
ali rəhbərliyində
işlədiyi, habelə sonralar Naxçıvanda yaşadığı illərdən bəhs edir. Eyni zamanda, muzeydə
ümummilli liderin 1978-ci və 2002-ci illərdə Qəbələ rayonuna səfərləri və burada
keçirdiyi görüşləri əks etdirən fotoşəkillər də toplanmışdır.
Bildirilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü il mayın 10-da “Heydər
Əliyev İrsi Beynəlxalq Elektron Kitabxana” yaradılmışdır. Bu layihənin müəllifi
“Azərbaycan Nyumedia” şirkətidir. Burada ulu öndərin
zəngin irsini əks etdirən
materiallar toplanmışdır. 25 dildə hazırlanmış və 100 mindən çox sənədin yerləşdiyi sayt
daim zənginləşdirilir, ekspertlər tarixi araşdırmalar aparır. Azərbaycanın xarici dövlətlərlə
münasibətlərinə dair qısa oçerklər, məlumat, sorğu materialları toplanmışdır. Saytın
fotoqalereyasında ulu öndərə aid nadir fotolar da vardır. Hər ay 100-dən çox ölkədən 10
min oxucu sayta daxil olur. Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin
vətəndaşları bu sayta mütəmadi müraciət edir və sənədlərlə tanış olurlar. Muzeydə
tədbirlərin, təlimlərin və veb-konfransların keçirilməsi, videomaterialların
nümayiş
etdirilməsi üçün brifinq zalı da vardır. Məktəblilər də muzeyə daim gələcək və ulu öndərin
zəngin irsi ilə tanış ola biləcəklər.
P
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış olur, xatirə kitabına ürək
sözlərini yazır.
Qəbələ rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə prezident memarlıq
baxımından muzeyin binasını bəyəndiyini, şəhərə əlavə yaraşıq verəcəyini bildirir. Heydər
Əliyevin Qəbələ rayonuna gəlişini xatırlayaraq, buranın inkişafı üçün verdiyi tövsiyyələri
yada salır.
Ümumən ölkədə gedən proseslərə,
tikinti sahəsində gedən işlərə, bölgələrdə açılan
sənaye müəssisələrinə, eləcə də gerçəkləşən iri layihələrə toxunan dövlət başçısı ölkə
büdcəsinin artımından danışır. O bildirir ki, ən böyük layihələrimiz artıq həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə
başlayıb və bunun nəticəsində ölkəyə böyük valyuta axını var. Bu da büdcə artımına
imkan verir. Son 3-4 il ərzində 4-5 dəfə artım müşahidə edilib ki,
dünya tarixində
görünməmiş bir hadisədir. İqtisadi artım Azərbaycanda ən yüksək dinamika ilə ölçülür.
İqtisadiyyatımız 2005-ci ildə 26 faiz, 2006-cı ildə 34 faiz və 2007-ci ilin yanvar ayında
təxminən 50 faiz artıbdır. Dünyada orta hesabla iqtisadi artımın təxminən 6 faiz təşkil
etdiyini deyən İlham Əliyev, bunun respublikamıza nə dərəcədə əlavə imkanlar
yaradacağından söz açır. Bu imkanları səfərbər edib, insanların həyat səviyyəsinin
yaxşılaşmasına yönəltməyi dövlətin ali məqsədi sayır, aparılan iqtisadi islahatların
əhəmiyyətini qeyd edir.
Dostları ilə paylaş: