olduğu təsdiqlənmişdir. Qızdırılmış çay daşları ilə qızdırılan sudan revmatizmin, oynaq
və dəri xəstəliklərinin, sümük ağrılarının, osteoxondrozun və sair xəstəliklərin müalicəsi
üçün istifadə olunur. Suyun tərkibində natrium, kalium, ammonium, maqnezium, kalsium,
xlor, sulfid vardır.
Prezident İlham Əliyevə yeni tikilən 56 yerlik müalicəvi mərkəz barədə də məlumat
verilir. Dövlət başçısının ölkəmizdə turizmin inkişafı ilə bağlı Fərmanından sonra
tikintisinə başlanmış mərkəzdə vanna otaqları, buxar hamamı, əlillər üçün müalicəvi su
hovuzu, masaj otaqları, palçıq vannaları, laboratoriya, müayinə otaqları və sair olacaqdır.
Dövlətimizin başçısı mərkəzin layihəsi ilə tanış olur, “İstisu”da görülən işləri yüksək
qiymətləndirir və bu kompleksin insanlara şəfa verəcəyini bildirir...
Ötən il tikintisi ilə tanış olduğu turizm-istirahət kompleksində işlərin gedişi ilə
maraqlanan prezident səfərinin sonunda bura baş çəkir. Bu əhəmiyyətli tikinti nəinki
bölgə, hətta ölkə üçün xüsusi dəyəri olan nəhəng turizm müəssisəsi sayılır. “Qafqaz”
turizm-istirahət kompleksinin inşası bir neçə mərhələdə həyata keçirilir. İnşasına 2005-ci
ildə başlanan 250 yerlik kompleksdə 2 beşmərtəbəli mehmanxana binası, 20 kottec,
restoran, bar, konfrans salonu vardır. Tikintinin başa çatmış birinci mərhələsinə və
avadanlıq alınmasına 24 milyon manat xərclənib. İkinci hissədə işlər davam edir. Burada
açıq və qapalı hovuzlar, kotteclər, fitnes və digər əyləncə mərkəzlərinin tikintisi nəzərdə
tutulur. Kompleksdə 180 nəfər daimi işlə təmin olunacaqdır.
Dövlətimizin başçısı ərazini gəzir, mehmanxana və kotteclərlə yaxından tanış olur.
Azərbaycan Prezidenti burada yaradılan şəraiti yüksək qiymətləndirir. Turizm sahəsinin
həm regionun inkişafı, həm də ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi üçün
mühüm vasitə olduğunu vurğulayır...
Dostları ilə paylaş: