Aydınqışlaq. Adından göründüyü kimi Aydın şəxs adından və qışlaq terminindən
ibarət toponimdir. Bu kənd rayon mərkəzindən 9 kilometr cənub şərqdə, Qəbələ-Ağdaş
yolundan 2,7 km aralı, Dəmiraparan çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir.
Əhalisi 2200 nəfər olan kənddə məşğuliyyət müxtəlifdir. Taxıl zəmiləri ilə yanaşı,
meyvəçilik də inkişaf edib. Tərəvəz sahələri, mal-qara da əhalinin dadına çatır. Bu kənddə
də yaşayış üçün bütün infrastruktur qurulub. 384 nömrə tutumlu elektron ATS istifadəyə
verilib.