Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə28/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   24   25   26   27   28   29   30   31   ...   80
 
 
RAYONUN İDMAN HƏYATI  
 
Ölkəmizdə idmanın inkişafı göz qabağındadır.  İndi  əksər bölgələrdə olimpiya 
kompleksləri tikilib və  hər bir idman növü üzrə  gənclərə  şərait yaradılıb. Ayrı-ayrı 
sahələrin inkişafı üçün xüsusi proqramlar hazırlanıb, federasiyalar yaradılıb. Məhz bunun 
sayəsində aparılan islahatlar artıq nəticəsini göstərir. Azərbaycan Pekində keçirilən 
olimpiya oyunlarına  əvvəlki illərlə müqayisədə daha çox vəsiqə qazandı. Növbəti 
olimpiadaya bundan da artıq idmançının yola düşəcəyi gözlənilir. 
Bəli, idmançılarımız, ölkəmizi layiqli təmsil edirlər. Gələ-cəkdə idmançılar nəsli 
yetişdikdən sonra uğurlarımızın sayı da təbii ki, artacaq. İdmançıların beynəlxalq arenada 
ən mötəbər kürsülərə qalxması üçün dövlətimiz əzmlə çalışır.  
Rayonlarda da bu məsələyə ciddi fikir verilir. Qəbələnin kəndlərində stadionlar inşa 
olunur və yeni idman klublarının tikilməsi nəzərdə tutulur. 
Voleybol, futbol, ağır atletika, nərd,  şahmat, dama, stolüstü tennis üzrə idmançılar 
yetişdirilir. Qəbələlilər dəfələrlə yerli və beynəlxalq yarışlarda mükafatlar qazanıblar.  
“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət 
Proqramı”na uyğun olaraq, Qəbələdə bu idman növünə xüsusi diqqət yetirilir. Qəbələ 
futbol klubu öz sıralarına  ən güclüləri yığmaqla çempionatlarda birincilik uğrunda 
mübarizə aparır.  Ən nəhəng legionerləri Qəbələyə  dəvət edirlər. Ancaq gələcəkdə öz 
idmançılarımızın püxtələşməsi üçün klubun nəzdində yeniyetmə və uşaqlardan ibarət iki 
komanda yaradılıb. Uşaq futbolunun inkişafı, balaca istedadların hazırlanması prosesi 
gedir. Uşaq futbol Akademiyasının qurulmasına isə  İngilis  şirkəti cəlb edilib. 
Akademiyanın nəzdində beş-altı meydançanın salınması planlaşdırılıb. Bacarıqlı  uşaqlar 
həmin akademiyada təhsil alacaqlar. Uşaqlarla işləmək üçün təcrübəli mütəxəssislər 
Qəbələyə dəvət edilib. Bu məqsədlə türkiyəli Ali Yavaşın rəhbərlik etdiyi qardaş ölkənin 
nümayəndə heyəti ilə müqavilə bağlanıb. 9-13 yaş arası uşaqlar üçün ayrıca tədris layihəsi 
hazırlanacaq. Bu cür təhsil isə pulsuz həyata keçiriləcək. Akademiyada respublikanın 
bütün bölgələrindən olan idmançılar təhsil ala biləcəklər. 


Şəhər stadionunun əsaslı təmiri, ətrafda yardımçı futbol meydançasının tikintisi, 2009-
cu ildə Olimpiya-İdman kompleksinin istifadəyə verilməsi idmançılara müjdə olacaq.  
Rayonda Uşaq Gənclər  İdman və  Uşaq Gənclər  Şahmat məktəbi var. Şahmat 
yarışlarında da qəbələlilər zəka nümayiş etdirir. Məktəbin yetirmələri beynəlxalq 
yarışlardan dəfələrlə qalib dönüblər.  
Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə də ciddi fikir verilir. Hər il 
məktəblilər arasında “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları  təşkil olunur. 
Qalib komanda respublika birinciliyində iştirak edir... 
 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin