Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   51   52   53   54   55   56   57   58   ...   80
Yemişanlı.  Ərazidə yemişan kolları bitdiyindən güman olunur ki, adı buradan 
götürülüb. Burada 240 təsərrüfatda 1500 nəfər yaşayır.  Əhalinin həyat səviyyəsində  də 
dəyişiklik açıq-aşkar hiss olunur. Meyvə bağları,  əkin sahələri, tərəvəz məhsulları 
camaatın gəlir götürdüyü sahələrdir. Eyni zamanda hər bir ailənin qapısında mal, qoyun 
olduğundan, ət, süd və yağ tədarükü ilə ehtiyacını ödəyirlər. Məhz bu kənddə də son illər 
heyvandarlığın inkişafı nəzərə çarpır... 
Əhalinin tələbatına uyğun görülən işlər də sakinlərin rahatlığına səbəb olub. Kənddə 
440 şagirdlik yeni ümumtəhsil məktəbi də 2008-ci ilin sonunda istifadəyə verilib.  
Sayğaclaşma prosesindən sonra sakinlərin işıq problemi həll edilərək kəndə fasiləsiz 
enerji verilir. Ərazidə içməli suyu bir artezian quyusu təmin etsə də, ikincisinin qazılması 
da planlaşdırılır. Həmçinin kəndə 100 nömrəlik telefon xətti çəkilir və gələcəkdə nömrə 
tutumlarının sayı da çoxalacaq... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin