Azərbaycan Prezidenti daha sonra yeni bərpa olunmuş Mədəniyyət Evi, onun 300-dən
çox tamaşaçı tutan yaşıl teatrı ilə tanış olur və burada xatirə şəkli çəkdirir...
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə yenidən bərpa edilmiş
Cümə məscidində olur. Qəbələdə məscid 1899-1906-cı ildə tikilib, 1920-ci ilədək dini
ocaq kimi fəaliyyət göstərib. Sonralar binadan savadsızlığın ləğvi klubu, anbar, kinoteatr,
mədəniyyət evi, muzey kimi istifadə edilib. 2005-ci ildən bərpa edilərək yenidən
dindarların ixtiyarına verilib. Burada eyni vaxtda 1000 nəfər namaz qıla bilir. Rayon
mərkəzində başqa bir məscid də vardır.
Prezident İlham Əliyevi burada məscidin axundu ehtiramla qarşılayır. Qurani-Kərim
hədiyyə edilir, Azərbaycan dövlətinin başçısına Allah-Təaladan cansağlığı, uzun ömür
arzulanır.
Axund məscidi ziyarət etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edərək deyir ki,
Azərbaycanın inkişafı yolundakı fəaliyyətinizdə Allah sizə yar olsun. Xalqın ədalətli
Prezidentisiniz və biz hamımız Sizin uğurlu siyasətinizi dəstəkləyirik və daim Sizə arxa
olacağıq.
Prezident İlham Əliyev dindarlara uğurlar və xoşbəxtlik arzulayaraq bildirir ki, çox
şadam, rayonlarda böyük işlər görülür, yerlərdə vəzifəli şəxslər, icra hakimiyyəti başçıları
yaxşı işləyirlər. Abadlıq, quruculuq işləri gedir, problemlərin aradan qaldırılması üçün
mühüm tədbirlər görülür. Bütün dövrlərdə xalqın həqiqi lideri olan Heydər Əliyevin
uzaqgörən siyasəti indi də öz bəhrəsini verir. Eyni zamanda milli-mənəvi, dini
dəyərlərimizin qorunmasında da ulu öndərin böyük xidmətləri vardır.
Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladan Prezident İlham
Əliyev deyir ki, ulu öndərimiz 1970-ci illərdəki fəaliyyəti zamanı Azərbaycanın bugününü
düşünürdü. Çünki ən böyük sərvət xalqın, dövlətin azadlığı və xoşbəxtliyidir. Azərbaycan
Prezidenti bildirir ki, görülən işlər daha da sürətlənəcəkdir.
“İstəyirik ki, problemlər tez
Dostları ilə paylaş: