Microsoft Word Qebele-Son variant


FƏTTAH HEYDƏROVUN SEÇİCİLƏRİNƏ VƏDİ



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   19   20   21   22   23   24   25   26   ...   80
 
FƏTTAH HEYDƏROVUN SEÇİCİLƏRİNƏ VƏDİ,  
YAXUD DEPUTAT MƏSULİYYƏTİ 
 
Rayonlardakı problemlərin həlli üçün dövlət başçısının imzaladığı  sənədlər təbii ki
məmurlar tərəfindən həyata keçirilir. Bunun üçün prezidentlə  bərabər ölkənin hər bir 
vətəndaşı da çalışmalıdır ki, dövlətin mənafeyi naminə xidmətini əsirgəməsin. Xüsusən də 
səlahiyyət sahibləri, dövlət qulluqçuları fəallıq göstərməli, ali məqsəd uğrunda əzmkarlığı 
adi vətəndaşa nümunə olmalıdır. Məhz o zaman dövlətçiliyə sadiq insanların  əməli 
sayəsində prezidentin tapşırıqları  həllini tez tapar, inkişafın gedişində ona ən yaxın 
köməkçi ola bilərlər. Ölkəsinə, prezidentinə sadiq, seçicisinə diqqətli, məsləkinə inamlı, 
dininə-amalına bağlı,  ən  əsas da azərbaycanlı olduğu üçün mənəvi qürur duyan 
ziyalılarımızdan biri barəsində yazmaq istəyirəm. 
Söhbət Qəbələnin deputatı Fəttah Heydərovdan gedir. O insandan ki, vaxtının çoxunu 
seçiciləri arasında keçirir. Çünki 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin 
deputatı seçilən Fəttah müəllim bu illər  ərzində rayonun simasında  əsaslı  dəyişikliklər 
etməklə özünə olan etimadı  nəinki doğrultdu, eyni zamanda əməli sayəsində ölkənin 
illərdən bəri baxımsız qalan regionu inkişafa doğru dəyişdi. Nəticədə isə Azərbaycanın 
daha bir məkanının sorağı dillərə düşdü. 


Fəttah Heydərov kimdir?  
Onu Qəbələyə bağlayan hansı tellərdir? 
Bu suallar əvvələr tez-tez səslənərdi. Ancaq bu gün onu tanıyan qəbələlilər yaxşı 
bilirlər ki, Fəttah Heydərov Qəbələnin fəxri vətəndaşıdır.    Bu  illər  ərzində köklü 
dəyişikliklər  əhaliyə  qısa zaman kəsiyində verilən  ən böyük töhfədir. Bəxtinə belə bir 
insanın-gözəllik aşiqi olan Fəttah Heydərovun düşməsi İlahinin qəbələlilərə olan daha bir 
sevgisinin təzahürüdür. 
Fəttah Heydərov Naxçıvanda doğulub. Müxtəlif vəzifələrdə çalışıb, xeyli müddət 
Muxtar Respublikanın Mədəniyyət naziri  işləyib. Duyğusal, həssas qəlbli insandır. 
Azərbaycan musiqisinin vurğunudur. Dəfələrlə    Azərbaycan radiosu üçün onunla 
görüşəndə incəsənətimizə, milli mənəvi dəyərlərimizə verdiyi qiyməti məndə onun 
haqqında yüksək fikirlər deməyə  əsas verir. Dünya ədəbiyyatını daim mütaliə edən 
ziyalımız, klassik musiqinin incəlikləri ilə müqayisədə öz ölkəsinin sənətkarları qarşısında 
baş  əyir, millətimizin dünyaya bəxş etdiyi dühaları ilə öyünür. Məhəmmədhüseyn 
Şəhriyardan danışanda  şairin bitib tükənməyən yaradıcılığından  əzbər dediyi saysız-
hesabsız misralar, yaxud Naxçıvanda nazir işlədiyi dövrlərdə Azərbaycanın ölməz 
sənətkarı  Rəşid Behbudovun Muxtar Respublikaya səfərini xatırlayarkən sənətilə 
yaddaşlara həkk olunan müğənninin yaradıcılıq dünyasını açması,  xalçalarımızın 
ilmələrinin min bir naxışını incələməsi və ictimai-mədəni həyatımızdakı hadisələrə 
münasibəti sadalandıqca onun təbiətinə xas olan cəhətlər ortaya çıxır. Yeri gəlmişkən 
dövlət başçısı İlham Əliyevin 22 fevral 2008-ci ildə ölkənin mədəni və ictimai həyatındakı 
xidmətlərinə görə Fəttah Heydərovu “Şöhrət” ordeni ilə təltif etməsi hamı kimi qəbələliləri 
də çox sevindirdi. Azərbaycan incəsənətinə çox həssaslıqla yanaşan, mədəniyyətimizin 
dəyərlərini yetərincə sevən və onu təbliğ edən Fəttah Heydərov sanki əməlindən,  əzbər 
dediyi  şairlərin misralarından zövq alır. Sevə-sevə oxuduğu kitablar ona el-obanın vətən 
sevgisininin tərənnümü kimi ilham verir. Elə  Qəbələyə  də Azərbaycanın incisi kimi 
münasibət bəsləyir.  Təbii ki, qədim tarixi olan, arxeoloqların axtarışları sayəsində kökü ta 
dərinə gedən, keçmiş qala divarları ilə əsrlərin yaddaşını silkələyən bu tarix və mədəniyyət 
mərkəzi diqqətdən kənarda qala bilməzdi. 
Fəttah Heydərov Heydər  Əliyevi ürəkdən sevən bir insandır.... 10 il bundan öncə 
“Aktual” qəzetinin xüsusi buraxılışına Fəttah müəllimdən aldığım bir müsahibəni təqdim 
elədim. Onun adını  eşidəndə baş redaktor Tahir Taisoğlunun dediyi bu sözlər elə o 
vaxtdan yadımdan çıxmır. “Heydər  Əliyevi onun qədər ürəkdən sevən ikinci bir adam 
tanımıram.” Tamamilə doğrudur, illəri yola saldıqca şahidi olduğumuz faktlar sübut edir 
ki, əməli ilə sözü bir olanların xeyirxah işləri sayəsində qazanan millətimizdir.  
Fəttah Heydərov Qəbələ rayonundan deputatlığa namizəd irəli sürüldü. Problemləri ilə 
dolu olan rayon “yenidənqurma” illərində elə bir vəziyyətə düşmüşdü ki, təzə namizəddən 
rayon sakinlərinin umacağı çox idi. Elə hamı da yaxşı başa düşürdü ki, illərin yığılıb qalan 
dərd-səri heç vaxt birdən-birə bir adam tərəfindən həll oluna bilməz. Amma sən demə həll 
edilərmiş, hələ üstəlik rayonda açılan müəssisələr istehsal gücünə görə sayılan, seçilən və 
ölkə üçün əhəmiyyət kəsb edən obyektlərə çevrilə bilərmiş. O, seçicilərinin arzu və 
istəklərinə biganə qalmadı. Açıq demək lazımdır ki, Fəttah Heydərov üzərinə düşən 


məsuliyyəti dərindən dərk edən, öz seçicilərinə, təmsil etdiyi rayona gün ağlayan deputat 
kimi qəbələlilərin güvəncinə çevrilib. 
Deputatın diqqəti sayəsində  Qəbələ bu gün inkişaf etmiş rayonlar arasındadır.  İlk 
olaraq rayonun içməli su tələbatı həll olundu. Xalqın böyük oğlu Heydər Əliyevin anadan 
olmasının 75 illiyi münasibətilə Heydər bulağı çağladı. Bu şəfalı su yol üstündə insanların 
ayaq saxladıqları, bəşər xadiminin adının anıldığı elə bir yerdir ki, Qəbələnin girəcəyində 
milli ornamentlərlə yaradılan bulaq abidəsidir. Burada qeyri-adi mənzərə yaradılıb. Gecə 
daha füsünkar görsənir. Dağlı-dərəli ərazi rəngarəng görüntülərlə insanın ruhunu oxşayır, 
hətta Avropanın  ən cazibəli  şəhərləri ilə müqayisə ediləcək dərəcədə  dəyişib, gözəlləşib 
Qəbələ... 
Əhali təmiz bulaq suyu ilə təmin edildi. Daha sonra uzun illər şəhərin özünə təhlükə 
törədən Dəmiraparan çayı ram edildi, çayın kənarlarında qurulan bəndlərdən sonra camaat 
rahat yuxunun nə olduğunu bildilər... 
Hər il Ramazan ayında rayonda iftar süfrəsi açan millət vəkili Fəttah Heydərov öz 
çıxışlarında dəfələrlə hamıya sağlam düşüncəli,  ədalətli olmağı tövsiyyə edir. Ehtiyac 
içində yaşayan kəslərə əl tutmağı vacib sayır...  
Azərbaycan bütün dövlətlərlə iqtisadi, siyasi və mədəni əlaqələrin qurulmasına maraq 
göstərir və bu istiqamətdə uğurlu siyasət apararaq xarici aləmdə istənilən mövqeyə çatmaq 
üçün əzmlə çalışır. Dünyanın inkişaf etmiş ölkələrindən biri də Səudiyyə Ərəbistanıdır ki, 
bu dövlət qeyri neft sektorunun gəlirindən hətta digər inkişaf etmiş ölkələrə yardımlar 
edir, öz milli gəlirindən sərmayələr ayırmaqla beynəlxalq iqtisadiyyata da kömək etmiş 
olur. Ölkəmizlə bu dövlət arasında əlaqələrin yaradılmasında ümummilli liderimiz Heydər 
Əliyevin xidmətləri misilsizdir. 1994-cü ildə Azərbaycan prezidentinin Səudiyyə 
Ərəbistanına rəsmi səfəri, həmin ildə  Ər-Riyadda səfirliyimizin açılması, eyni vaxtda 
Bakıda Krallığın səfirliyinin fəaliyyətə başlaması  əlaqələrin möhkəmlənməsinə  təkan 
verən hadisələr kimi hər iki ölkənin xarici siyasət xəttinin istiqamətlərini müəyyənləşdirdi. 
Növbəti illərdə  də qarşılıqlı  səfərlər bütün sahələrdə  əməkdaşlığın inkişafına öz müsbət 
təsirini göstərməkdədir. Hər dəfə Azərbaycana bu ölkədən nümayəndələr gəlir və onların 
əksəriyyəti də Qəbələdə olur... 
Azərbaycan parlamenti də bu ölkənin qanunverici orqanı ilə əlaqələrini uğurla davam 
etdirir, onların təcrübəsini öyrənməklə bərabər həm də öz fəaliyyətinin əsas prinsipləri ilə 
bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır.  
Milli Məclisdə Azərbaycan-Səudiyyə  Ərəbistanı parlament-lərarası  işçi qrupunun 
rəhbəri, millət vəkili Fəttah  Heydərov bu ölkənin nümayəndələri ilə görüşündə  də 
dəfələrlə qeyd edib ki, Azərbaycanın çətin günlərində daim dəstəyini hiss etdiyi bu ölkə 
ilə yaxınlığa mənəvi ehtiyacımız da var. Çünki Sovetlər birliyinin tərkibində olarkən belə 
dinini, etiqadını qoruyan  ölkəmiz  islam ənənələrinə sadiq qalıb, müstəqillik qazandıqdan 
sonra isə dini və mənəvi azadlıqlarını bərpa edib. Dünyanın  bu inkişaf etmiş ölkəsindən 
gələn nümayəndə heyətinin Qəbələyə səfərinin təşkilində də əsas məqsəd məhz bölgənin 
varlığı barəsində qonaqlarda təəssürat yaratmaq, bura investisiya axınını artırmaq, eləcə 
də yurdumuzun gözəl məkanı haqqında  fikir yaratmaqdan ibarətdir. Qəbələnin qarlı qış 
günündə dağlar qoynundakı  gəzinti də  ərəb  əmirliklərinin nümayəndələrində xoş hisslər 


yaradıb. Bölgədə turizmin inkişafı istiqamətində hər bir səudiyyəli iş adamının bura gəlişi 
gələcəkdə iki ölkə arasında qurulan əməkdaşlığa işarədir. 
Yeri gəlmişkən, hər il Həcc ziyarətinə  Qəbələ rayonundan da xeyli sayda insan yola 
düşür, müqəddəs Kəbənin ziyarətçisinə çevrilir.  
Millət vəkili Fəttah Heydərovun parlamentdə digər vəzifələri də var. Azərbaycan-
Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya, Azərbaycan-Koreya 
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və ATƏT-in Parlament Assamble-yasında 
Azərbaycan nümayəndə heyətinin üzvüdür. Səfərlər, bu ölkələrlə münasibətlərin daha da 
yaxşılaşması üçün əməli fəaliyyət öz bəhrəsini verdiyindən bu gün haqqında danışdığımız 
insan ancaq xidmətləri müqabilində qiymətləndirilir. 
Milli Məclisdəki fəaliyyəti və tutduğu vəzifələr millət vəki-linin digər proseslərdən 
kənarda qalmasına təsir etmir. Ölkənin əksər mədəni tədbirlərində fəal iştirak edərək, öz 
mövqeyini bildirir, ictimaiyyətin maraq göstərdiyi yığıncaqlara vaxt tapır.  
Millət vəkili jurnalistlərin də  rəğbətini qazandığından bütün kütləvi informasiya 
vasitələrinə müsahibələr verməsi, demokratik inkişafı əks etdirən ənənələrdən söz açması 
sübut edir ki, informasiya işçilərinə, ölkənin dördüncü hakimiyətinin fəaliyyətinə  məhz 
hamılıqla kömək etməli, ən əsas da dövlət qulluqçuları yardımını əsirgəməməlidir. 2007-
ci ildə  uşaqların problemlərinin həllindəki xidmətlərinə görə “Gənc Liderlər” uşaq 
təşkilatının fəxri üzvlərindən biri seçilən Fəttah Heydərov aparılan monitorinqin 
nəticələrinə görə millət vəkilləri arasında fərqlənib. Öz həmkarlarının da diqqətindən 
yayınmayan yorulmaz və işgüzarlığı onun barəsində müsbət fikirləşməyə, haqqında ancaq 
xoş  və  səmimi sözlər söyləməyə  əsas verən amillərdir. Ziyalıların sıralarında Fəttah 
Heydərov kimi insanların çox olması bütövlükdə elin istəyidir. 
70 yaşı münasibəti ilə aldığı ən böyük hədiyyə ölkə başçısı İlham Əliyevin  imzası ilə 
Şöhrət ordeninə layiq görülməsi oldu.  
Qəbələnin millət vəkili Fəttah Heydərov bu rayonu təmsil edən bütün ziyalıların 
rəğbətini  bölgədəki fəaliyyəti ilə qazanıb, rayonun hər hansı problemi yarananda 
seçiciləri ilə görüşən, ziyalılara dəstək olan deputat öz yardımını  əsirgəməyib. Millət 
vəkilinin radio müsahibələrində  dəfələrlə qeyd olunan bu fikir nəhayət gerçəklikdədir: 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin