Microsoft Word Qebele-Son variant


AZƏRBAYCAN  PREZİDENTİ  İLHAM  ƏLİYEVİN



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
 


AZƏRBAYCAN  PREZİDENTİ  İLHAM  ƏLİYEVİN 
 QƏBƏLƏYƏ  2007-ci il  MART  SƏFƏRİ  
 
 
rezident  İlham  Əliyevin bölgəyə növbəti səfəri bu dəfə  əhalinin iqtisadi 
vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə xatırlanır. 
Azərbaycanın hər bölgəsində olduğu kimi burada da aydın inkişaf nəzərə çarpır. Çünki 
dövlət başçısının gəlişi ilə bir neçə iqtisadi əhəmiyyətli obyektlərin açılışı, bütün sahələrdə 
islahatlar aparıldığı müşahidə edildi və  nəhəng müəssisələrin təməl qazma prosesi ilə 
nəticələndi. Əgər iki il ərzində baş verən hadisələri təhlil ediriksə, deməli bir neçə ildən 
sonra Qəbələnin iqtisadi həyatında daha yadda qalan nailiyyətlərdən söhbət gedəcək.  
Səfəri zamanı prezident özü öz əməyindən, görülən işlərdən məmnun qaldı. Burada 
inkişafı gücləndirmək üçün növbəti tapşırıqlarını verdi və  nəinki Qəbələnin hətta bütün 
bölgələrin inkişafına çalışan dövlətin iqtisadi inkişafından danışdı. “Biz bölgələri inkişaf 
etdirməklə, güclü iqtisadi dövlət yaratmağa başlamışıq və artıq buna nail olmuşuq, indi 
ölkəmizin hər bir vətəndaşı bu irəliləyişi hiss edir, inkişafı görür və çalışmalıdır ki, daha 
iqtisadi yeniliklərin şahidi olaq.” 
Həmişəki kimi yenə də böyük sevinc hissi ilə qarşılanan dövlət başçısı İlham Əliyev 
və  Mehriban xanım Əliyeva öncə “Heydər Əliyev muzeyi”nin açılış mərasimində iştirak  
edirlər. Rəmzi açılışı bildirən lent kəsilir, ulu öndərin muzeydə qoyulmuş büstü önünə gül 
dəstələri qoyulur.  
200-dən artıq fotoşəkil, arxiv sənədləri və müxtəlif kitablar toplanmış muzey həm də 
Heydər Əliyev Fondunun Qəbələ filialı kimi də fəaliyyət göstərəcəkdir. Burada kitabxana, 
sənədli filmin nümayişi üçün salon var. Ekspozisiya ulu öndərin uşaqlıq və  gənclik 
illərindən, ailə  həyatından, Dövlət Təhlükəsizlik Komitəsində  işlədiyi illərdən, 
Azərbaycana rəhbərliyinin hər iki dövründən, Moskvada SSRİ-nin ali rəhbərliyində 
işlədiyi, habelə sonralar Naxçıvanda yaşadığı illərdən bəhs edir. Eyni zamanda, muzeydə 
ümummilli liderin 1978-ci və 2002-ci illərdə  Qəbələ rayonuna səfərləri və burada 
keçirdiyi görüşləri əks etdirən fotoşəkillər də toplanmışdır.  
Bildirilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü il mayın 10-da “Heydər 
Əliyev  İrsi Beynəlxalq Elektron Kitabxana” yaradılmışdır. Bu layihənin müəllifi 
“Azərbaycan Nyumedia” şirkətidir. Burada ulu öndərin zəngin irsini əks etdirən 
materiallar toplanmışdır. 25 dildə hazırlanmış və 100 mindən çox sənədin yerləşdiyi sayt 
daim zənginləşdirilir, ekspertlər tarixi araşdırmalar aparır. Azərbaycanın xarici dövlətlərlə 
münasibətlərinə dair qısa oçerklər, məlumat, sorğu materialları toplanmışdır. Saytın 
fotoqalereyasında ulu öndərə aid nadir fotolar da vardır. Hər ay 100-dən çox ölkədən 10 
min oxucu sayta daxil olur. Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin 
vətəndaşları bu sayta mütəmadi müraciət edir və  sənədlərlə tanış olurlar. Muzeydə 
tədbirlərin, təlimlərin və veb-konfransların keçirilməsi, videomaterialların nümayiş 
etdirilməsi üçün brifinq zalı da vardır. Məktəblilər də muzeyə daim gələcək və ulu öndərin 
zəngin irsi ilə tanış ola biləcəklər.  
P


Prezident  İlham  Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış olur, xatirə kitabına ürək 
sözlərini yazır.  
Qəbələ rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə prezident memarlıq 
baxımından muzeyin binasını bəyəndiyini, şəhərə əlavə yaraşıq verəcəyini bildirir. Heydər 
Əliyevin Qəbələ rayonuna gəlişini xatırlayaraq, buranın inkişafı üçün verdiyi tövsiyyələri 
yada salır. 
Ümumən ölkədə gedən proseslərə, tikinti sahəsində gedən işlərə, bölgələrdə açılan 
sənaye müəssisələrinə, eləcə  də gerçəkləşən iri layihələrə toxunan dövlət başçısı ölkə 
büdcəsinin artımından danışır. O bildirir ki, ən böyük layihələrimiz artıq həyata keçirilir. 
Ulu öndər Heydər  Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə 
başlayıb və bunun nəticəsində ölkəyə böyük valyuta axını var. Bu da büdcə artımına 
imkan verir. Son 3-4 il ərzində 4-5 dəfə artım müşahidə edilib ki, dünya tarixində 
görünməmiş bir hadisədir.  İqtisadi artım Azərbaycanda  ən yüksək dinamika ilə ölçülür. 
İqtisadiyyatımız 2005-ci ildə 26 faiz, 2006-cı ildə 34 faiz və 2007-ci ilin yanvar ayında 
təxminən 50 faiz artıbdır. Dünyada orta hesabla iqtisadi artımın təxminən 6 faiz təşkil 
etdiyini deyən  İlham  Əliyev, bunun respublikamıza nə  dərəcədə  əlavə imkanlar 
yaradacağından söz açır. Bu imkanları  səfərbər edib, insanların həyat səviyyəsinin 
yaxşılaşmasına yönəltməyi dövlətin ali məqsədi sayır, aparılan iqtisadi islahatların 
əhəmiyyətini qeyd edir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin