orqanizmin gümrahlığı sayəsində mümkündür. Bunun üçün də insan övdadının
həmişə
təbibə ehtiyacı var.
Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi səhiyyədə də islahatlar apardı. İndi
dünya təbabətinin son nailiyyətləri ölkəmizin səhiyyə müəssisələrində sınaqdan keçirilir.
Körpə nəslin sağlamlığını təmin edən dövlət proqramı gerçəkləşib. Heydər Əliyev
fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə uşaqların sağlamlığı
istiqamətində mühüm işlər görülür.
Bölgələrdə də səhiyyə müəssisələri müasir tələblərə əsasən qurulur. Uzun illər rayon
camaatı ən xırda bir bəladan
ötrü məsafələr qət etməli olur, paytaxtın səhiyyə ocaqlarına
üz tuturdu. Həm maddi cəhətdən ziyana düşür, həm də müalicə üçün təyin olunan bir neçə
kursu axıracan ala bilməyən xəstələr az deyildi. Rayonlarda
mərkəzləşdirilmiş
xəstəxanalar olsa da onların tibbi bazası zəif olduğundan səhiyyədə yarıtmaz xidmət
mövcud idi. Bu gün isə ölkə cərrahiyyəsinin hətta bölgələrdə ən ağır əməliyyatlar
aparmaq imkanı var. Tələb olunan peşəkar tibbi heyətlə yanaşı, ən müasir avadanlıqlarla
təchiz olunan yerli diaqnostika mərkəzləri əhalinin xidmətinə verilib. İlkin olaraq bir neçə
rayonda cərrahiyyə əməliyyatının (Lənkəran diaqnostika mərkəzində açıq ürək üzərində
əməliyyatın uğurla keçməsi səhiyyəmizin uğurudur) şahidi
olanda da millətimiz bu
yeniliklərdən ona görə məmnunluq duydu ki, ölkə əhalisinin sağlamlığına təminat verən
dövlət siyasəti gerçəkləşib.
Qəbələdə yeni Diaqnostika Mərkəzinin təməlinə imza atan prezident İlham Əliyev ən
son tibbi avadanlıqlarla təmin olunmuş yeni səhiyyə xidmətinin əsasını qoydu. ARDNŞ-in
sifarişi ilə tikilən bu mərkəzə 4
milyon manat, o cümlədən avadanlığın, cihazların və digər
inventarların alınması üçün 3,5 milyon manat vəsait xərclənib. Binanın xarici görünüşü də
ölkə başçısının tələb və tapşırıqları əsasında müasir standartlara uyğun inşa edilib.
Regional Diaqnostika Mərkəzində 20 çarpayılıq
cərrahiyyə, 10 çarpayılıq dializ və 5
çarpayılıq reanimasiya şöbəsi nəzərdə tutulub. Aptek, qəbul otağı, lor, göz, , stomotoloji,
exokardioqrafiya, rentgen kabinetləri mövcuddur. Səhiyyə ocağı yaxın rayonların
əhalisinə də xidmət göstərir.
Regional Diaqnostika Mərkəzində yerli mütəxəssislər açıq ürək üzərində cərrahiyyə
əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirirlər. 2009-cu ilin aprel ayının 21-də Mərkəzi
Neftçilər xəstəxanasının yüksək ixtisaslı həkimləri şirkətin vəsaiti hesabına üş xəstənin
ürəyində əməliyyat apardılar. Bu ölkəmizin tibb aləmində regionlarda
ilk aorta-koronar
şuntlama əməliyyatı hesab edilir. Tibb ocağında 50-dən yuxarı xroniki böyrək
çatışmazlığı olan şəxslər müalicə olunur.
Hətta səyyar stasionar xidmət, tibb kabinələri ilə təmin olunan təcili yardım maşınları
kəndlərdə ən ağır xəstələrə kömək edə biləcək. Kəndlərdə xəstəxana binaları təmir edilib,
lazımi yerlərdə feldşer-mama məntəqələri yaradılıb.
1998-ci ildən 180 çarpayılıq mərkəzi xəstəxana sakinlərin istifadəsindədir. Həmçinin
əhaliyə bir rayon poliklinkası, 1 uşaq xəstəxanası, üç qəsəbə xəstəxanası, 6
həkim
ambulatoriyası, 37 feldşer mama məntəqəsi, gigiyena və epidemiologiya mərkəzi xidmət
göstərir. İndi bütün kəndlərdə ikimərtəbəli və müasir avadanlıqlarla
təchiz olunmuş tibb
məntəqələrinin tikilməsi ilə bağlı layihələr təsdiqlənib...
Kollektivin yaxşı işləməsi üçün təbii ki, tibbi bazanın güclü olması da zəruri şərtdir.
Bu mənada həkimlərin öz peşələrini layiqli icraa etməsi üçün yaradılan imkanlar daha
genişdir. Burada istifadəyə verilən yeni son avadanlıqlarla təchiz
olunan tibb mərkəzi isə
həkimlərə dövlətin ən böyük hədiyyəsidir.
Dostları ilə paylaş: