TƏHSİLİN SƏVİYYƏSİ YÜKSƏLƏNDƏ
NƏTİCƏ DƏ ÜRƏKAÇAN OLUR
Ölkənin güclü iqtisadi potensialı üçün ona təhsilli kadrlar tələb olunur. Hər şeydən
öncə intelektual bazası olan millətlər öz iqtisadiyyatının genişlənməsinə təkan verə
bilərlər. İntelektual səviyyə olan yerdə isə təbii ki, sağlam və yaradıcı düşüncədən söhbət
gedə bilər. O zaman səhiyyənin inkişafı, elm və texnikanın tərəqqisi mümkündür. Layiqli
ölkə vətəndaşı təhsildə nailiyyətlər qazanaraq dövlətçiliyə xidməti dəyə bilər.
Səviyyəsinə görə Azərbaycan əhalisinin əksəriyyəti hadisələrə geniş prizmadan
baxmaq qabiliyyətinə malikdir. Öl-kənin elmi səviyyəsi, azərbaycanlıların zəkası həmişə
üstün olub. Bu anda jurnalist Heydər Zeynaloğlunun dəfələrlə dediyi sözlər yadıma düşür.
O deyirdi: “mən çox təhlillər aparmışam, başqa millətlərin sadə insanları ilə müqayisədə,
ən ucqar yerdə yaşayan kəndçilərimiz onlardan nəinki ağıllı düşünə bilir, hətta mühakimə
apararaq öz konkret fikirlərini ortalığa qoyurlar. Adi rus kəndlisi ilə bizimkinin arasında
yerlə göy qədər fərq var”...
Dünya elminə sanballı töhfələr verən ziyalılarımız bunlara sübutdur: Füzulinin
fəlsəfəsi, Nizaminin “Sirlər Xəzinə”si, kosmosun atası sayılan Kərim Kərimovun
ixtiraları, NATO-nun və NASSA-nın həqiqi üzvü olan professor Lütfizadənin dünyanı
heyrətdə saxlayan elmi sensasiyaları, qeyri-səlis məntiq nəzəriyyəsi və s. Bir sözlə
azərbaycanlıların əqli varlığından saatlarla danışmaq olar. 1937-ci ildə Azərbaycanda 29
min “xalq düşməni” adı altında düşünən beyinlər güllələndi. 1937-1938-ci illərdə
Azərbaycanın minlərlə ziyalısı, o cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir
Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları milli əqidələri ucbatından
repressiya olundular...
Bu düşüncə tərzinə görə həmişə millətimizə həsəd aparılıb. Elə əsrin böyük dahisi
Heydər Əliyevin varlığı Azərbaycanın ən böyük xoşbəxtliyidir. Təkcə bu şəxsiyyət
kifayət edir ki, ölkəmizin dərin zəka sahibi olması faktı tarixə düşsün. Heydər Əliyevlə
öyünən bir xalqın təhsili də inkişaf etməli, zəngin intelektual səviyyənin tərəqqisi üçün
dövlət əzmkarlıq göstərməlidir.
Azərbaycanda təhsilə dövlət qayğısının artması bu incə məsələyə həssas yanaşmanın
bariz nümunəsidir. Minlərlə təhsil ocağı istifadəyə verilir. Dövlət dünyanın ən inkişaf
etmiş ölkələrində mövcud olan elektron informasiya siyasətinin əsasını qoyur. Orta
məktəblərin kompüterlərlə təchiz olunması üçün ölkə başçısı İlham Əliyev tərəfindən
imzalanan sərəncama əsasən həyata keçirilən dövlət proqramı başa çatmaq ərəfəsindədir.
Belə ki, bütün təhsil ocaqları zəruri elektron avadanlıqlarla təchiz olunaraq, bu sahədə
kadrlar da yetişdirilib və məktəblərdə kompüterlərdən istifadə edilir. Xalq kompüteri
layihəsinə görə az təminatlı ailələrin də elektron informasiya avadanlığını əldə etməsi
üçün verilən yeni imkanlar bu siyasətin tərkib hissələrindəndir.
Müəllimlərin əmək haqqlarına fikir verən dövlət başçısı, təhsildə fərqlənən peşəkar
kadrları da qiymətləndirməyi unutmur. Təhsilin keyfiyyətli aparılması üçün tələb olunan
bütün şərait məktəblərimizdə yaradılaraq müəllimlərin attestasiyası həyata keçirilir ki,
savadlı, ixtisaslı kadrlar gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri isə misilsizdir. “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində regionlarımızda açılan məktəblər
əhalinin rəğbətinə səbəb olub. Mehriban xanım Azərbaycanın bütün bölgələrində əhalinin
istəklərinə uyğun elə məktəblər tikdirib ki, həm müasir görkəminə görə fərqlidir, həm də
maddi-texniki baza ilə təmin edilib. Qəbələ rayonunda yerli camaatın intizarla gözlədiyi
bu obyektlərin təməl daşını özü qoyan millət vəkili xalqın ən sevimli qızı olub. Onun
həyata keçirdiyi layihələr birbaşa kütlənin daxili problemlərinin həlli istiqamətində
yardımçıdır.
Talassemiyalı xəstələrin müalicəsinə yardımı, uşaq evlərinə monitor nəzarətin təşkili,
xalqın inanc yerlərinə, pirlərə diqqəti, buradakı məscidlərin bərpası, eləcə də məktəb
tikintisi onun əsil xanımlığına, sözün həqiqi mənasında nəcib və xeyirxah ana olmasına
işarədir. Qadın qadını başa düşər, anaların istəyini elə analar bilər. O da bildiklərinə
rəğmən öz yardımını eldən əsirgəmir, təhsilli övlad yetişdirmək istəyən anaların arzusunu
reallaşdırır, xəstə balalara yaratdığı qan fondundan məlhəm olur və qürurla deyə bilərik ki,
əməlləri ilə dövlət məmurlarına ibrət olan siyasət yeridir. Nəticədə isə ölkə başçısının
köməkçisi, havadarı olur. Lap nağıllardakı kimi döyüş səhnələrində öz sevgilisinə arxa
olan qəhrəmanlarımızdan birinə çevrilir. Koroğlunun Nigarı, Nəbinin Həcəri kimi,
İlhamın Mehribanı da tarixin qadın obrazları arasında özünə əbədiyyət qazanır.
Qəbələdə Daşlıca kəndində məktəbin tikintisi, digər kəndlər üçün ayağı sayalı oldu. Bu
kənddə tikintiyə baş çəkən Mehriban Əliyeva sakinlərin söhbətini dinlədi, onların
qayğıları ilə maraqlandı... Sonra isə bir-birinin ardınca baş verən yeniliklərdən xəbər
tutduq. Fondun hesabına Tüntül və Əmirvan kəndlərinin hər birində 240 yerlik orta
məktəb binaları tikilərək istifadəyə verildi.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq
Nohurqışlaqda 480 yerlik, Bum qəsəbəsində 120 şagird yerlik yeni tədris korpusu inşa
olundu. Qeyri Hökumət Təşkilatlarının xətti ilə Uludaş kəndində 320 yerlik yeni orta
məktəb binası tədris avadanlıqları ilə birlikdə şagirdlərin ixtiyarına verildi. Bunlardan
əlavə, Qəbələ şəhər 4 saylı orta məktəbinin 840 yerlik tədris korpusları əsaslı təmir edildi,
müasir avadanlıqlarla təchiz olundu. Tədbirlər planına uyğun olaraq şəhərdəki 5, Vəndam
qəsəbəsinin və Zarağan kəndinin hər birindəki 2, Nic qəsəbəsindəki 5, Bunud,
Aydınqışlaq, Soltannuxa, Zalam, Bayramkovxalı kəndlərində orta məktəb binalarında
təmir işləri aparıldı. Hər dərs ilində məktəblərə yeni partalar, oturacaqlar, kitabxana
avadanlıqları, yazı lövhələri və digər ləvazimatlar verilir.
Yeni məktəb binalarının tikintisi gələcək layihədə də öz əksini tapır.
Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Kötüklü kəndində tikilən 240 şagird yerlik
orta məktəb binasında tamamlama işləri aparıldı. Məktəb həm də müasir avadanlıqlarla
təchiz edildi. Respublika Prezidenti cənab İlham Əliyevin rayona səfərinin nəticəsi olaraq
tərtib edilmiş əlavə tədbirlər planında nəzərdə tutulmuş 380 yerlik müasir tədris
kompleksinin tikintisi başa çatdırıldı. Qəbələdə təhsilin müasir səviyyəsinin təsdiqi olacaq
bu müəssisə tədris korpusundan, oğlan və qızlar üçün yataqxanadan, yeməkxanadan,
idman və akt zallarından ibarətdir. İstifadəyə verilmiş 480 yerlik Nohurqışlaq kənd orta
məktəbi üçün yeni idman zalının və Bum qəsəbə əsas məktəbi üçün qazanxananın tikintisi
də son yeniliklərdəndir. Bunlarla bir sırada regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramına müvafiq olaraq Qəmərvan kəndində 320, Yenikənddə 480 şagird
yerlik yeni orta məktəb binalarının tikintisi gündəmə düşdü.
Rayonun 68 ümumtəhsil məktəbində 21 min şagird isə etimadı doğruldaraq tələbə
adını qazanmaq həvəsindədir. Hər il 200 - 250 Qəbələ məzunu tələbə vəsiqəsi alır...
Dostları ilə paylaş: |