Kəmaləddin Heydərov İlham Əliyevin nümayəndəsi kimi Qəbələdə böyük bir təbliğat
kampaniyası həyata keçirdi. Ən ucqar dağ kəndlərinə qədər hamısına şəxsən özü baş çəkdi,
məktəblərin təmirinə və təchizinə köməklik etdi və 70 tədris ocağına kompüter dəsti
bağışladı. Yerli əhali arasında olarkən ən layiqli namizədin, məhz İlham Əliyevin
Azərbaycana gərəkli olduğunu, onun sayəsində ölkəmizin müqəddəratının həll olunduğunu
dilə gətirməklə əhalinin inamını daha da artırdı. Həqiqətən də dövlətdən və onun bacarıqlı
məmurlarından dəstək görən sakinlər verilən sözün düz olduğunu görür, bugünkü inkişafla
özünü, siyasətini təsdiqləyən ölkə başçısının, cənab İlham Əliyevin məharətinə heyran
qalırlar.
Sadə camaat Kəmaləddin Heydərovun dövlətə, xalqa sadiqliyini, cənab İlham Əliyevin
siyasətini nəinki dəstəklədiyini, hətta öz əməlləri ilə ona arxa olduğunu dərk edir, görülən
nailiyyətlərin, yüksələn iqtisadiyyatın inkişafında bu dövlət məmurunun da xidmətləri
olduğunu düşünür. Qəbələlilər yaxşı bilir ki, bu insan prezidentin bütün tapşırıqlarının həll
olunmasında fəallıq göstərir, xüsusən rayonda əhalinin yaxşı yaşayışı üçün imkanlarını
səfərbər edir ki, təhkim olunduğu bölgədə dövlət siyasətinin bütün gerçəklikləri əks
olunsun.
Dövlət Gömrük Komitəsindəki fəaliyyəti jurnalistlərin diqqətindən yayınmadığı kimi,
hazırkı vəzifəsi də maraqla izlənilir. Çünki Fövqəladə Hallar Nazirliyi mövcud
olmamışdan əvvəl indiki ona aid təşkilatlar yarıtmaz halda idi. İndi isə dövlət tərəfindən
bu qrum üçün yeni binaların verilməsi, nazirliyin yeni texniki avadanlıqlarla təchizi, bir
sözlə bu sahənin bütün nailiyyətləri Kəmaləddin Heydərovun dövlət tapşırıqlarını lazımi
səviyyədə yerinə yetirdiyini sübut edir. Nazirliyin yaradılmasının 2-ci ildönümü
münasibəti ilə keçirilən mərasimdə də dövlətin rəhbəri alınan son avadanlıqlardan
məmnun qaldı, şəxsi heyətin qısa vaxta peşə vərdişlərinə yiyələnməsini alqışladı və
ölkəmizdə bu qrumun daha da təşəkkülü üçün tövsiyyələrini verdi. Həmin mərasim o
qədər möhtəşəm idi ki... alınan texnikanı və nizamlı heyəti görəndə, dənizdə və yüksək
mərtəbəli binalarda təhlükəli hadisələrin dəf edilməsindən ötrü peşəkar mütəxəssislərin
hazırlıqlı vəziyyəti dövlət siyasətinin bəhrəsi kimi hər birimizə inam verir ki, əgər
yanğınsöndürənlərimiz belə təchiz olunubsa, onda görün düşmənlə üz-üzə dayanan
əsgərlərimiz üçün dövlət tərəfindən nələr alınmayıb?....
Azərbaycanda hər bir sahəsinin inkişafı üçün dövlət kifayət qədər pul ayırır və şəxsən
cənab prezident İlham Əliyev özü nəzarət edir ki, bugünkü svilizasiyalı aləmdə ölkəmiz
öz siyasəti ilə beynəlxalq mühitin diqqətini çəksin. Bu baxımdan Qəbələ rayonu da ölkə
siyasətinin güzgüsü olan regionlardan sayılır və buradakı gerçəklik respublikamızdakı
inkişafdan soraq verir...
Dostları ilə paylaş: