Cığatelli. Mərkəzdən 9 km. aralı olan bu kəndin də bütün problemləri həll edilmək
üzrədir. 680 nəfərin yaşadığı ərazidə 150 təsərrüfat var. Əhalinin tələbatına uyğun olaraq
sosial problemlər yavaş-yavaş dəf edilir. Sakinlər 3 km çınqıl yolu adlamaqla magistral
xəttə çıxırlar.
Məktəbin şagirdləri on bir illik tədris ocağında oxuyurlar və qəbul zamanı da
fərqlənirlər. Elektron rabitədən istifadə edilir. Əhalinin 70 faizi artezian quyularından su
götürür. Suvarma dağ çayları vasitəsi ilə həyata keçirilir.
Yeniliklərə gəlincə kəndə qaz xətti çəkilir. Rabitə qovşağı inşa olunub. Gələcəkdə yeni
məktəb və ərazi icra nümayəndəliyi üçün inzibati binanın tikintisi də plana salınıb.
Burada da halal zəhmət sayəsində insanların günü-güzəranı dəyişilir. Dolanışıqlarında,
şəxsi əmlakın artımında irəliləyiş hiss olunur.
Corlu naməlum toponimlərdən sayılır. Kəndin yaranma tarixi 1700-cü illərə aid edilir.
Hazırda əhalinin sayı 1680 nəfərdir və 400 təsərrüfatı qeydə alınıb. Kənddə əhalinin
tələbatına uyğun olaraq hər cür şərait yaradılıb. Orta məktəbi, baxçası, feldşer məntəqəsi
ilə yanaşı elektron rabitəsi və poçt şöbəsi də xidmət göstərir. Növbəti illərdə isə iki
mərtəbəli xəstəxana və yeni baxça binası tikiləcək. 2009-2013 illəri əhatə edən yeni
iqtisadi inkişaf proqramında əksini tapan bu tikintilərin inşası gözlənilir. Kənddə qaz
xəttinin də bərpasına söz verilib. Həmin sənədə əsasən mavi yanacaqdan yaxın illərdə
istifadə olunacaq.
Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ
çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi
üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub.
Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su
həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur
Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib.