Böyük Əmili və Kiçik Əmili mərkəzdən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən
2 km. aralı Qəbələ-Ağdaş şosse yolunun kənarında, Əmirvan silsiləsinin cənub
ətəyindədir. Böyük Əmilidə 1200 nəfər, Kiçik Əmilidə isə 600 nəfər yaşayır... Buranın
camaatının da fərdi mal-qarası ilbəil artmaqdadır. Tərəvəz sahələri, taxıl zəmiləri əkilir.
Hər iki kənddə əhalinin yaxşı dolanışığı üçün şərait var. Telekommunukasiya xidməti
fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları
sakinlərin ixtiyarındadır...