Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə37/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   33   34   35   36   37   38   39   40   ...   80
Həmzəlli.  Mənbələrdə yazılır ki, ərazidə  Şahna və Yurd yerləri olub. Müxtəlif 
kəndlərdən gələn ailələr burada məskunlaşıblar. Həmzəlli nəsil adıdır. Rayon 
mərkəzindən 4 km.qərbdə dağ ətəyindədir. Hazırda 1400 nəfər əhalisi var. Yol kənarında 
yerləşdiyindən inkişaf etmiş, yəni müasir kənd üçün tələb olunan bütün infrastrukturlar 
burada öz əksini tapır. Həmzəllilər bütün məşğuliyyət növü ilə dolanışığını təmin edirlər. 
Rayona yaxın olduğu üçün yeni yaradılan iş yerlərində də çalışmaq imkanları var... Rayon 
mərkəzini birləşdirən kənd yolu asfaltlaşdırılıb. Həmzəlli çayının üzərində körpü salınıb. 
Həzrə  “ev, ocaq, yaşayış yeri” deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu 
qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar 
sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühim maraq kəsb edən mərkəzlərdən 
sayılıb və karvan yolunun üstündə  bərqərarlaşmış qüdrətli  Şeyxlərin ölkənin 
müqəddəratında  da önəmli rolu olmuşdur....  
Həzrə rayon  mərkəzindən  14 km. şərqdə, Alazan-Həftəran vadisində yerləşir. Orta 
əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi,  Şeyx Bədrəddin (1446), Şeyx 
Məhəmməd (XV əsr),  Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri,  şimalda  Həzrə 
dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə 
qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında “Qalayeri” kimi tanınan bu 
qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət 
məntəqəsi rolunu oynayır. 
Hazırda 360 nəfərin yaşadığı  məkan məlum səbəbdən ilboyu qonaqlı-qaralı olur. 
Yolunun hamar olması,  ərazidə sosial qayğılarının həlli həzrəlilərin rahatlığına  şərait 
yaradır... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin