Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə34/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   30   31   32   33   34   35   36   37   ...   80
Dızaxlı və Yeni Dızaxlı. Hər iki kənd maraqlı relyefi ilə könül oxşayan yerlərdəndir. 
Kürəyini Kov Murad dağına söykəyən kəndin heyrətamiz gözəlliyi var. 500 nəfər əhalisi 
qeydə alınıb. Yeni Dızaxlı  kəndində 1800 nəfər yaşayır. Ləzgi və azərbaycanlılardan 
ibarət olan sakinlər heyvandarlıqla,  əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri 
olan kənd əhli son illərdir ki, ancaq fərdi qoyunçuluq təsərrüfatını genişləndirirlər. Əlavə 
kənd təsərrüfatı  məhsullarının da əkilməsi geniş vüsət alıb. Səhər açılandan üzü axşama 
doğru hamı  iş başında, kişilər qoyun, sürü hörüşündə, qızlar, gəlinlər isə  ağartı 
tədarükündə, yun yumağında və sairə  işlərlə ömür sürürlər. Həftə bazarına çıxarılan 
məhsulların  əksəriyyəti də bu kəndin təsərrüfatlarına məxsusdur. Suvarmada heç bir 
çətinlikləri yoxdur. Çünki buradan axan kanal köməklərinə çatır, bundan əlavə  kəndə 
təmiz su xətti də çəkilib. Hər ailə su ilə təmin edilib. İndi kənddə qaz və telefon xidməti 
də var. İctimai iaşə obyektləri ilə zəngindir...  
Əmirvan. Azərbaycan dilindəki Əmir şəxs adından və yer sözlərindən ibarətdir.Yerli 
məlumatlara görə  kəndin adı  nəsil adından götürülüb. Toponimikada “Əmircanlı talası” 
adlı  mikrotoponim də burada qeydə alınıb. Keçmişdə burada eyni adda kənd olubmuş. 
Hazırda  əhalisi 1600 nəfərdir.  Əhali  əsasən qoyunçuluğa meyillidir. Milli 
mənsubiyyətinə görə sakinlərin yarıdan çoxu ləzgilərdir... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin