Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi
terminindən və Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan
Qəbələ şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km.
cənub qərbdə, Alazan-
Həftəran vadisindədir.
Qəbələ şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu
kənd zəmanəmizə qədər saxlayıb. Kəndin ərazisində qədim şəhərin qala və tikinti
qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta
əsrlərə, şimal və şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı və naxışlı
sənduqələr qalmışdı. Bu kənddə qədim və orta əsrlərə aid pul dəfinələri də tapılmışdır.
Zaman-zaman burada arxeoloji ekspedisiyalar aparılır və hər dəfə də alimlər yeni faktların
şahidi olurlar. Alimlərin fikrincə bura tarixdə böyük qüdrətli dövlətə məxsus olub ki,
torpağın altındakı sirli aləm hələ çox mətləbləri üzə çıxaracaq.
Qəbələdə alimlərin axtarış aparmaq imkanları məhdud idi.
Burada alimlərin sərbəst
fəaliyyəti üçün vaxtilə baza yaradılmışdı. Erməni təcavüzünə məruz qalan vətəndaşlarımız
məcburiyyət qarşısında həmin yerə sığınıblar. Bir neçə ildir ki, arxeoloqlar maddi vəsait
üzündən işləyə bilmirdilər. Bu məsələdə isə artıq yardımçıları var. SEBA şirkəti, Seul-
Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası onlara arxa çıxıb, burada
çalışan alimlərin qayğılarını, ehtiyaclarını təmin edir və onların
fəaliyyəti üçün geniş
imkanlar yaradır. Bu ictimai təşkilatın üzvləri Azərbaycan EA Arxeologiya və
Etnoqrafiya İnstitutunun əməkdaşlarına, ərazidə çalışan alimlərə köməyini təklif edib. Bu
nəcib və humanist addımdan sonra ekspedisiya üzvləri arxeoloji prosesləri davam
etdirməyə müvəffəq olublar.
Hazırda ərazidə yeni bazanın tikilməsi planlaşdırılıb. Beynəlxalq tədbirlərin
keçirilməsi üçün elmi simpozium zalları, qonaq evləri və eksponatların saxlanması,
nümayişi məqsədi ilə xüsusi mühafizə olunan bina layihəsinin inşası nəzərdə tutulur.
Koreya alimlərinin də bura gəlişi gözlənilir. SEBA şirkəti bu nadir tapıntıya-Qəbələyə
dünya alimlərinin diqqətini
ona görə yönəltmək istəyir ki, tarixdə nəhəng dövlət sayılan
və müasir arxeoloji tapıntıları ilə tarixçiləri yenidən düşünməyə sövq edən Qədim
Albaniya Qafqazın keçmişini açmaqla tarixin yeni səhifərini yazır. O şəhərin varisi olan
yeni Qəbələyə isə qədim maddi mədəniyyət abidəsinin tədqiqatı məqsədi ilə dəvət edilən
xaricilər bugünkü dağlar qoynundakı müasirliyin şahidi
olanda heyrətini gizlətmir, hər iki
görkəminə (keçmişi və bugünü) heyran olurlar.
Çuxur Qəbələ kəndində 1000 nəfər yaşayır. Burada balıq yetişdirmə müəssisəsi var.
Qızıl balıqların artırılması istiqamətində müəssisə işçiləri hər il Xəzərə bu növdə canlılar
bəxş edir. Yaxın gələcəkdə müəssisənin genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd
edim ki, dadı ilə bənzərsiz təamı olan təbii dağ çaylarına məxsus farellərinin varlığı da bu
torpağın özəlliyidir. Bu kəndin ortasından keçən dupduru göz yaşı kimi çay da (mənbəyi
bulaqdan qaynaqlanan təmiz su axır) balıqçılığın inkişafında əsas rol oynayır. Həmin çay
boyunca bir çox ailələr balıq üçün hovuzlar tikiblər...
Dandıq kəndində 150 nəfər əhali məskunlaşıb. Təbiəti digər kəndlərdən daha
cazibədardır. Uca dağların ətəyində səhər-səhər duman,
çən çəkiləndən sonra göyün
üzünün şəffaflığı, əzəmətli yüksəkliklər buranı özlərinə yaşam seçənlərin ruhuna hakim
kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də
dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun
xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın
səviyyəsindən xəbər verir...
Daşlıca. Bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda
daş və
çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla
örtülüdür. Daşlıca “daşlı yer” deməkdir.
Hazırda əhalisinin sayı 800 nəfərdir. Meyvə bağları, tərəvəz sahələri əhalinin
məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər.
Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta
məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb...
Dostları ilə paylaş: