Qəmərvan. Mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol
sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da
mehriban, gülər üzlü, qonaqsevərdirlər. Əhalinin sayı 2000 nəfərdir. Bu kəndin tarixi XIX
əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və
onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər
yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan
yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar
görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da
mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər. Kəndin
yolu yüksək səviyyədədir. Burada müalicəvi təbii isti su var. Oynaq xəstəliklərinin
dərmanı sayıldığından Qəbələ camaatının yaxşı tanıdığı bu ünvanda hazırda möhtəşəm
sanatoriya tikilir və istifadəyə verildikdən sonra minlərlə xəstə təbii üsulla müalicə almaq
şansı qazanacaq...