yaradılacaq yeni-yeni müəssisələrin açılışında iştirak edəcəyik. Doğma Vətənimizi
hərtərəfli inkişaf etdirəcəyik.
Bir daha sizin hamınızı bu körpünün açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Xeyirli, uğurlu olsun. Sağ olun.”
Bu hadisə əlamətdar bir dövrə təsadüf edir. Baş nazir İlham Əliyevin ucqarda yaşayan
sakinlərlə ilk görüşü həm də ona görə yadda qalan oldu ki,
bir neçə gündən sonra ölkə
prezident seçkiləri ərəfəsində idi.
Gördüyü işlərlə xalqda etimad yaradan gənc siyasətçinin birbaşa yerli əhalinin
içərilərinə getməsi və yerindəcə vədi insanların diqqətindən yayına bilməzdi. Yüksək
əhval-ruhiyyədə qarşılanan siyasət aləminin yeni lideri öz ünsiyyəti ilə özünə inamın
əsasını qoydu...
Bu söhbətdən çox vaxt keçmir. Ölkədə gedən quruculuq işləri, nəhəng
layihələr
reallaşdıqca, sürətlənən iqtisadiyyat bölgələrdə də hiss olunur. Xalqımız öz dahi
şəxsiyyətini itirsə də, onun amalları bu gün yenə də özünün etibar edib arxalandığı İlham
Əliyevin siyasi xəttində uğurla həyata keçirilir, elimizə, obamıza yeniliklər gətirir.
Heydər Əliyev düşüncəsindən ilham alan və dahi şəxsiyyətin
təcrübəsindən bəhrələnən
gənc siyasətçi Azərbaycanı özünəməxsus yaradıcılığı ilə inkişaf etdirir. İlham Əliyev
bütün siyasi məqsədlərini məhz Azərbaycanın lider olmasına səfərbər etdiyi üçün layiqli
bir insana etibar edilən bu millət öz seçimindən razıdır.
Dövlətin iqtisadi təməli güclü olmalıdır ki, vətəndaşların həyat səviyyəsi bugünün
tələbatına tam cavab versin. Məhz buna görə də ilkin olaraq İlham Əliyev regionların
inkişafına çalışdı, bir neçə dövlət sənədi imzaladı ki, bölgələrdə həyat öz axarına düşsün.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı 2004-cü ildən həyata
keçirilməyə başladı. Həmin sənədə əsasən bütün rayonların spesifik
xüsusiyyətinə uyğun
olaraq yerlərdə islahatlar keçirildi. Bir neçə bölgədə əlavə tədbirlərin görülməsi
istiqamətində yeni dövlət sərəncamları da qüvvəyə mindi. Qarşıdakı illər ərzində dövlət
tərəfindən verilən bütün tapşırıqlar reallaşmalı idi.
Qəbələ rayonunda da görüləsi işlər həddindən artıq çox idi. İllərlə yığılıb qalan
problemlər həllini gözləyirdi...
Dostları ilə paylaş: