Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri ilə tanış olur, xatirə kitabına ürək
sözlərini yazır.
Qəbələ rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə prezident memarlıq
baxımından muzeyin binasını bəyəndiyini, şəhərə əlavə yaraşıq verəcəyini bildirir. Heydər
Əliyevin Qəbələ rayonuna gəlişini xatırlayaraq, buranın inkişafı üçün verdiyi tövsiyyələri
yada salır.
Ümumən ölkədə gedən proseslərə, tikinti sahəsində gedən işlərə, bölgələrdə açılan
sənaye müəssisələrinə, eləcə də gerçəkləşən iri layihələrə toxunan dövlət başçısı ölkə
büdcəsinin artımından danışır. O bildirir ki, ən böyük layihələrimiz artıq həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyətə
başlayıb və bunun nəticəsində ölkəyə böyük valyuta axını var. Bu da büdcə artımına
imkan verir. Son 3-4 il ərzində 4-5 dəfə artım müşahidə edilib ki, dünya tarixində
görünməmiş bir hadisədir. İqtisadi artım Azərbaycanda ən yüksək dinamika ilə ölçülür.
İqtisadiyyatımız 2005-ci ildə 26 faiz, 2006-cı ildə 34 faiz və 2007-ci ilin yanvar ayında
təxminən 50 faiz artıbdır. Dünyada orta hesabla iqtisadi artımın təxminən 6 faiz təşkil
etdiyini deyən İlham Əliyev, bunun respublikamıza nə dərəcədə əlavə imkanlar
yaradacağından söz açır. Bu imkanları səfərbər edib, insanların həyat səviyyəsinin
yaxşılaşmasına yönəltməyi dövlətin ali məqsədi sayır, aparılan iqtisadi islahatların
əhəmiyyətini qeyd edir.
Dostları ilə paylaş: