yeni binaya köçürülüb. Tarixi Cümə məscidi bərpa olunub, səhiyyə, təhsil obyektləri təmir
edilərək, yeni avadanlıq və inventarla təmin edilib. Ulu öndər Heydər Əliyevin abidəsi
qoyulub, Böyük Vətən müharibəsində həlak olmuş insanların şərəfinə ucaldılmış abidə,
İsmayıl bəy Qutqaşınlının abidəsi bərpa edilib. Heydər Əliyev adına park salınıb, yollar
asfaltlaşıb və işıqlandırılıb, ticarət-ictimai iaşə obyektləri, inzibati binalar tikilib.
Görüləcək işlərlə bağlı qeyd olundu ki, konserv zavodunun,
spirtsiz içkilər zavodunun,
körpülərin, sel-sularından qorunmaq üçün sahilbərkitmə bəndlərinin, 480 yerlik
Nohurqışlaq məktəbinin, Heydər Əliyev muzeyinin, Heydər Əliyev Fondu tərəfindən 2
məktəbin, kərpic zavodunun, yeni istirahət parkının salınması, kəndlərə qaz kəmərlərinin
çəkilməsi, Qəmərvan istisu sanatoriyasının, Nohurgöl turizm kompleksinin, ət-süd emalı
müəssisəsinin,
mebel fabrikinin, əlil və şəhid ailələri üçün evlərin və s. obyektlərin
tikintisi də cənab İlham Əliyevin apardığı iqtisadi siyasətin tərkib hissələrindən biridir...
Müşavirədə çıxış edən rayon rəhbərlərini dinlədikdən sonra prezident öz təkliflərini
açıqladı. İnşa olunan müəssisələrinin dünya standartlarına uyğun tikilməsi üçün əlaqədar
orqanlara tapşırıqlarını verdi.
“...Mən hesab edirəm ki, çox səmərəli müzakirə aparıldı və
qarşıda duran məsələlər bir daha nəzərdən keçirildi. Azərbaycanda yeni iş yerlərinin
açılması prosesi o qədər sürətlə gedir ki, iqtisadiyyatımızın bütün sahələrinə öz təsirini
göstərir. Kənd təsərrüfatının inkişafı, turizmin inkişafı, xüsusilə rayonlarda bu iki
istiqamətdə aparılan işlər çox sürətlə getməlidir. Bunu təmin etmək üçün, bayaq dediyim
kimi, bütün infrastruktur məsələləri öz həllini tapmalıdır…”
Həmin müşavirə ilə bölgədə aparılan islahatların əsası qoyuldu. İqtisadi cəhətdən
əhəmiyyəti ilə seçilən bu dövlət tədbirindən sonra ötən vaxt ərzində baş verən yeniliklər,
bölgədə aparılan yeni quruculuq işləri və yeni iş yerlərinin yaradılması istiqamətində
atılan addımlar bu gün deməyə əsas verir ki, bu zona müşavirəsində qeyd olunan
məsələlər öz əksini tapdı. Dövlət başçısı tərəfindən qarşıya qoyulan tələblər reallaşmağa
başladıqca bölgənin inkişafı dinamik templə sürətləndi. Müşavirədə deyilən hər bir
çıxışdan aydın
görsənir ki, tək o ərazinin deyil, bütövlükdə ölkə üçün əhəmiyyətli sayılan
hadisələrdən söz açılırdı. Sonda isə dövlətin inkişaf strategiyasına uyğun olaraq yaradılan
obyektlər açılmağa başladı, möhtəşəm tikintilərin inşası ilə nəticələndi. Düz altı saata
yaxın davam edən müşavirə bölgənin həyatında canlanmaya səbəb oldu. Qısa vaxt
ərzində deyilənlər doğru olduqca, günü-gündən sahibkarlığın inkişafını gördükcə elə inam
hissləri yaranır ki, bir neçə ildən sonra daha da möhtəşəm bir diyarın sakinlərinə
çevriləcəyik…
Qəbələyə səfərindən sonra ölkə başçısı daha yeni bir sənədi imzalayır. Bu bölgənin
inkişafı üçün labüd olan tədbirlər planını təsdiqləyir və əlaqədar təşkilatlara tapşırıqlar
verir.
Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və
Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli sərəncamı
qüvvəyə minir...
Dostları ilə paylaş: