Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə26/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   22   23   24   25   26   27   28   29   ...   80
 
 
TƏHSİLİN SƏVİYYƏSİ YÜKSƏLƏNDƏ  
NƏTİCƏ DƏ ÜRƏKAÇAN OLUR 
 
Ölkənin güclü iqtisadi potensialı üçün ona təhsilli kadrlar tələb olunur. Hər  şeydən 
öncə intelektual bazası olan millətlər öz iqtisadiyyatının genişlənməsinə  təkan verə 
bilərlər. İntelektual səviyyə olan yerdə isə təbii ki, sağlam  və yaradıcı düşüncədən söhbət 
gedə bilər. O zaman səhiyyənin inkişafı, elm və texnikanın tərəqqisi mümkündür. Layiqli 
ölkə vətəndaşı təhsildə nailiyyətlər qazanaraq dövlətçiliyə xidməti dəyə bilər.  
Səviyyəsinə görə Azərbaycan  əhalisinin  əksəriyyəti hadisələrə geniş prizmadan 
baxmaq qabiliyyətinə malikdir. Öl-kənin elmi səviyyəsi, azərbaycanlıların zəkası həmişə 
üstün olub. Bu anda jurnalist Heydər Zeynaloğlunun dəfələrlə dediyi sözlər yadıma düşür. 
O deyirdi: “mən çox təhlillər aparmışam, başqa millətlərin sadə insanları ilə müqayisədə, 
ən ucqar  yerdə yaşayan kəndçilərimiz onlardan nəinki ağıllı düşünə bilir, hətta mühakimə 
apararaq öz konkret fikirlərini ortalığa qoyurlar. Adi rus kəndlisi ilə bizimkinin arasında 
yerlə göy qədər fərq var”... 
Dünya elminə sanballı töhfələr verən ziyalılarımız bunlara sübutdur: Füzulinin 
fəlsəfəsi, Nizaminin “Sirlər Xəzinə”si, kosmosun atası sayılan Kərim Kərimovun 
ixtiraları,  NATO-nun və NASSA-nın həqiqi üzvü olan professor Lütfizadənin dünyanı 
heyrətdə saxlayan elmi sensasiyaları, qeyri-səlis məntiq nəzəriyyəsi və s. Bir sözlə 
azərbaycanlıların əqli varlığından saatlarla danışmaq olar. 1937-ci ildə Azərbaycanda 29 
min “xalq düşməni” adı altında düşünən beyinlər güllələndi. 1937-1938-ci illərdə 
Azərbaycanın minlərlə ziyalısı, o cümlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir 
Çəmənzəminli,  Əli Nəzmi,  Əhməd Cavad və başqaları milli əqidələri ucbatından 
repressiya olundular... 
Bu düşüncə  tərzinə görə  həmişə millətimizə  həsəd aparılıb. Elə  əsrin böyük dahisi 
Heydər  Əliyevin varlığı Azərbaycanın  ən böyük xoşbəxtliyidir. Təkcə bu  şəxsiyyət 
kifayət edir ki, ölkəmizin dərin zəka sahibi olması faktı tarixə düşsün. Heydər  Əliyevlə 
öyünən bir xalqın təhsili də inkişaf etməli, zəngin intelektual səviyyənin tərəqqisi üçün 
dövlət əzmkarlıq göstərməlidir. 
Azərbaycanda təhsilə dövlət qayğısının artması bu incə  məsələyə  həssas yanaşmanın 
bariz nümunəsidir. Minlərlə  təhsil ocağı istifadəyə verilir. Dövlət  dünyanın  ən inkişaf 
etmiş ölkələrində mövcud olan elektron informasiya siyasətinin  əsasını qoyur. Orta 
məktəblərin kompüterlərlə  təchiz olunması üçün ölkə başçısı  İlham  Əliyev tərəfindən 
imzalanan sərəncama əsasən həyata keçirilən dövlət proqramı başa çatmaq ərəfəsindədir. 
Belə ki, bütün təhsil ocaqları  zəruri elektron avadanlıqlarla təchiz olunaraq, bu sahədə 


kadrlar da yetişdirilib və  məktəblərdə kompüterlərdən istifadə edilir. Xalq kompüteri 
layihəsinə görə az təminatlı ailələrin də elektron informasiya avadanlığını  əldə etməsi 
üçün verilən  yeni imkanlar bu siyasətin tərkib hissələrindəndir.  
Müəllimlərin  əmək haqqlarına fikir verən dövlət başçısı, təhsildə  fərqlənən peşəkar 
kadrları da qiymətləndirməyi unutmur. Təhsilin keyfiyyətli aparılması üçün tələb olunan 
bütün  şərait məktəblərimizdə yaradılaraq müəllimlərin attestasiyası  həyata keçirilir ki, 
savadlı, ixtisaslı kadrlar gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar.  
Heydər  Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və  İSESKO-nun 
xoşməramlı  səfiri Mehriban xanım  Əliyevanın xidmətləri isə misilsizdir. “Yeniləşən 
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində regionlarımızda açılan məktəblər 
əhalinin rəğbətinə səbəb olub. Mehriban xanım Azərbaycanın bütün bölgələrində əhalinin 
istəklərinə uyğun elə məktəblər tikdirib ki, həm müasir görkəminə görə fərqlidir, həm də 
maddi-texniki baza ilə təmin edilib. Qəbələ rayonunda yerli camaatın intizarla gözlədiyi 
bu obyektlərin təməl daşını özü qoyan millət vəkili xalqın  ən sevimli qızı olub. Onun 
həyata keçirdiyi layihələr birbaşa kütlənin daxili problemlərinin həlli istiqamətində 
yardımçıdır.  
Talassemiyalı xəstələrin müalicəsinə yardımı, uşaq evlərinə monitor nəzarətin təşkili, 
xalqın inanc yerlərinə, pirlərə diqqəti, buradakı  məscidlərin bərpası, eləcə  də  məktəb 
tikintisi onun əsil xanımlığına, sözün həqiqi mənasında nəcib  və xeyirxah ana olmasına 
işarədir. Qadın qadını başa düşər, anaların istəyini elə analar bilər. O da bildiklərinə 
rəğmən öz yardımını eldən əsirgəmir, təhsilli övlad yetişdirmək istəyən anaların arzusunu 
reallaşdırır, xəstə balalara yaratdığı qan fondundan məlhəm olur və qürurla deyə bilərik ki, 
əməlləri ilə dövlət məmurlarına ibrət olan siyasət yeridir. Nəticədə isə ölkə başçısının 
köməkçisi, havadarı olur. Lap nağıllardakı kimi döyüş  səhnələrində öz sevgilisinə arxa 
olan qəhrəmanlarımızdan birinə çevrilir. Koroğlunun Nigarı, Nəbinin Həcəri kimi, 
İlhamın Mehribanı da tarixin qadın obrazları arasında özünə əbədiyyət qazanır. 
Qəbələdə Daşlıca kəndində məktəbin tikintisi, digər kəndlər üçün ayağı sayalı oldu. Bu 
kənddə tikintiyə baş  çəkən Mehriban Əliyeva sakinlərin söhbətini dinlədi, onların 
qayğıları ilə maraqlandı... Sonra  isə bir-birinin ardınca baş verən yeniliklərdən xəbər 
tutduq. Fondun hesabına Tüntül və  Əmirvan kəndlərinin hər birində 240 yerlik orta 
məktəb binaları tikilərək istifadəyə verildi.  
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 
Nohurqışlaqda 480 yerlik, Bum qəsəbəsində 120 şagird yerlik yeni tədris korpusu inşa 
olundu. Qeyri Hökumət Təşkilatlarının xətti ilə Uludaş  kəndində 320 yerlik yeni orta 
məktəb binası  tədris avadanlıqları ilə birlikdə  şagirdlərin ixtiyarına verildi.  Bunlardan 
əlavə, Qəbələ şəhər 4 saylı orta məktəbinin 840 yerlik tədris korpusları əsaslı təmir edildi, 
müasir avadanlıqlarla təchiz olundu. Tədbirlər planına uyğun olaraq şəhərdəki 5, Vəndam 
qəsəbəsinin və Zarağan kəndinin hər birindəki 2, Nic qəsəbəsindəki 5, Bunud, 
Aydınqışlaq, Soltannuxa, Zalam, Bayramkovxalı  kəndlərində orta məktəb binalarında 
təmir işləri aparıldı. Hər dərs ilində  məktəblərə yeni partalar, oturacaqlar, kitabxana 
avadanlıqları, yazı lövhələri və digər ləvazimatlar verilir.  
Yeni məktəb binalarının tikintisi gələcək layihədə də öz əksini tapır. 


Yaponiya səfirliyinin maliyyə  dəstəyi ilə Kötüklü kəndində tikilən 240 şagird yerlik 
orta məktəb binasında tamamlama işləri aparıldı. Məktəb həm də müasir avadanlıqlarla 
təchiz edildi. Respublika Prezidenti cənab İlham Əliyevin rayona səfərinin nəticəsi olaraq 
tərtib edilmiş  əlavə  tədbirlər planında nəzərdə tutulmuş 380 yerlik müasir tədris 
kompleksinin tikintisi başa çatdırıldı. Qəbələdə təhsilin müasir səviyyəsinin təsdiqi olacaq 
bu müəssisə  tədris korpusundan, oğlan və  qızlar üçün yataqxanadan, yeməkxanadan, 
idman və akt zallarından ibarətdir.  İstifadəyə verilmiş 480 yerlik Nohurqışlaq kənd orta 
məktəbi üçün yeni idman zalının və Bum qəsəbə əsas məktəbi üçün qazanxananın tikintisi 
də son yeniliklərdəndir. Bunlarla bir sırada regionların sosial-iqtisadi inkişafına dair 
Dövlət Proqramına müvafiq olaraq Qəmərvan kəndində 320, Yenikənddə 480 şagird 
yerlik yeni orta məktəb binalarının tikintisi gündəmə düşdü.  
Rayonun 68 ümumtəhsil məktəbində 21 min şagird isə etimadı doğruldaraq  tələbə 
adını qazanmaq həvəsindədir. Hər il 200 - 250 Qəbələ məzunu tələbə vəsiqəsi alır... 
 
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin