Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   20   21   22   23   24   25   26   27   ...   80
“Qəbələ öz inkişafı  və müasirliyi ilə sivil Azərbaycanın bir parçası olaraq insanları 
heyran etməlidir.”  
İndi  bu möhtəşəm  şəhər, gözəl təbiəti olan məkan doğrudan da füsunkar olub. Bu 
yeniliklərdə payı olan Fəttah Heydərovu 70 illik yubileyi münasibəti ilə təbrik edənlərin 
sırasında qələm sahibləri də var. Çünki Fəttah Heydərov jurnalistlərin yaxın dostudur. 
Onun xidmətlərini görən söz xridarları bu səmimi insanla ünsiyyət qurmaqdan zövq 
alırlar. Həm də özünün bu peşə sahiblərinə hörməti olduğundan, həqiqət axtarışına çıxan 
qələm  əhlinə doğru yazmağı, xalqa vicdanla qulluq etməyi məsləhət görür: “Hər kəs öz 
işini ləyaqətlə aparsa onda Azərbaycana bərabər ölkə olmayacaq. Bizim təbiətimiz 
mülayim, torpağımız bərəkətli, yeraltı-yerüstü sərvətlərimiz bol, insanlarımız isə  dərin 
zəkalı olduğundan bütün imkanlar var ki, ölkəmizin sabahından inamla danışaq”.   
Regionların inkişafı ilə bağlı cənab İlham Əliyevin bu rayona təhkim etdiyi Kəmaləddin 
Heydərovun da bölgənin inkişafında  əməyi var. 2003-cü il prezident seçkiləri  ərəfəsində 


Kəmaləddin Heydərov  İlham  Əliyevin nümayəndəsi kimi Qəbələdə böyük bir təbliğat 
kampaniyası həyata keçirdi. Ən ucqar dağ kəndlərinə qədər hamısına şəxsən özü baş çəkdi, 
məktəblərin təmirinə  və  təchizinə köməklik etdi və 70 tədris ocağına kompüter dəsti 
bağışladı. Yerli əhali arasında olarkən  ən layiqli namizədin, məhz  İlham  Əliyevin 
Azərbaycana gərəkli olduğunu, onun sayəsində ölkəmizin müqəddəratının həll olunduğunu 
dilə gətirməklə əhalinin inamını daha da artırdı. Həqiqətən də dövlətdən və onun bacarıqlı 
məmurlarından dəstək görən sakinlər verilən sözün düz olduğunu görür, bugünkü inkişafla 
özünü, siyasətini təsdiqləyən ölkə başçısının, cənab  İlham  Əliyevin məharətinə heyran 
qalırlar. 
Sadə camaat Kəmaləddin Heydərovun dövlətə, xalqa sadiqliyini, cənab İlham Əliyevin 
siyasətini nəinki dəstəklədiyini, hətta öz əməlləri ilə ona arxa olduğunu dərk edir, görülən 
nailiyyətlərin, yüksələn iqtisadiyyatın inkişafında bu dövlət məmurunun da xidmətləri 
olduğunu düşünür. Qəbələlilər yaxşı bilir ki, bu insan prezidentin bütün tapşırıqlarının həll 
olunmasında fəallıq göstərir, xüsusən rayonda əhalinin yaxşı yaşayışı üçün imkanlarını 
səfərbər edir ki, təhkim olunduğu  bölgədə dövlət siyasətinin bütün gerçəklikləri  əks 
olunsun. 
Dövlət Gömrük Komitəsindəki fəaliyyəti jurnalistlərin diqqətindən yayınmadığı kimi, 
hazırkı  vəzifəsi də maraqla izlənilir. Çünki Fövqəladə Hallar Nazirliyi mövcud 
olmamışdan əvvəl indiki ona aid təşkilatlar yarıtmaz halda idi. İndi isə dövlət tərəfindən 
bu qrum üçün yeni binaların verilməsi, nazirliyin yeni texniki avadanlıqlarla təchizi, bir 
sözlə bu sahənin bütün nailiyyətləri Kəmaləddin Heydərovun dövlət tapşırıqlarını lazımi 
səviyyədə yerinə yetirdiyini sübut edir. Nazirliyin yaradılmasının 2-ci ildönümü 
münasibəti ilə keçirilən mərasimdə  də dövlətin rəhbəri alınan son avadanlıqlardan 
məmnun qaldı,  şəxsi heyətin qısa vaxta peşə  vərdişlərinə yiyələnməsini alqışladı  və 
ölkəmizdə bu qrumun daha da təşəkkülü üçün tövsiyyələrini verdi. Həmin mərasim o 
qədər möhtəşəm idi ki...  alınan texnikanı və nizamlı heyəti görəndə, dənizdə və yüksək 
mərtəbəli  binalarda təhlükəli hadisələrin dəf edilməsindən ötrü peşəkar mütəxəssislərin 
hazırlıqlı  vəziyyəti dövlət siyasətinin bəhrəsi kimi hər birimizə inam verir ki, əgər 
yanğınsöndürənlərimiz belə  təchiz olunubsa, onda görün düşmənlə üz-üzə dayanan 
əsgərlərimiz  üçün dövlət tərəfindən nələr alınmayıb?.... 
Azərbaycanda hər bir sahəsinin inkişafı üçün dövlət kifayət qədər pul ayırır və şəxsən 
cənab prezident İlham Əliyev özü nəzarət edir ki, bugünkü svilizasiyalı aləmdə ölkəmiz 
öz siyasəti ilə beynəlxalq mühitin diqqətini çəksin. Bu baxımdan Qəbələ rayonu da ölkə 
siyasətinin güzgüsü olan regionlardan sayılır və buradakı gerçəklik respublikamızdakı 
inkişafdan soraq verir... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin