Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   38   39   40   41   42   43   44   45   ...   80
Quşlar  kəndi rayondan 30 km. cənub-qərbdə Türyan çayının sahilində Daşüz 
silsiləsinin  ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk 
mənşəli Kuş (quş) etnonimindən yaranmışdır.  
Hazırda burada 600 nəfər  əhali yaşayır. 134 təsərrüfatı  və 370 hektar yararlı torpağı 
var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq, heyvandarlıqla yanaşı  kənd sakinləri yeni 
üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyl artdığından, 120 hektar sahədə yeni 
üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. 
Əhalinin dolanışığı istənilən səviyyədədir. Təsərrüfatlarda çalışan camaat mal-qaranın da 
sayını artırır və heç nədən korluq çəkmirlər.  
Kənddə orta məktəb, ictimai iaşə müəssisələri, mədəniyyət ocaqları və tibb məntəqəsi 
var. Qarşıdakı illərdə bir neçə yeni tikintilərin aparılması nəzərdə tutulub. Nümayəndəlik 
üçün yüksək səviyyədə bina inşa ediləcək. Kəndə qaz xəttinin çəkilməsi planlaşdırılır... 
Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində  Baş Qafqaz 
silsiləsinin cənub yamacındadır. Sevimli müğənnimiz Zeynəb Xanlarovanın 
mahnılarından birinə  çəkilmiş süjet xəttində Muçuq şəlaləsinin görüntüləri bu kənddə 
lentə alınıb. Hər bir mahnısını təbiət görüntüləri ilə sintez etməsi, teletəsvir müğənninin 
yaradıcılığına xas olan cəhətlərdəndir. Elə Lazada  96 metr hündürlükdən axan Muçuq 
şəlaləsi də Zeynəb xanıma həsr edilən “Salam Zeynəb” sənədli filmində çağlayır. Zəyli və 
digər deltavari şəlalələr də bu kəndin ərazisindədir. 
İndi kənddə 1100 nəfər yaşayır. Bu camaat da köçəridir. At üstündə çobanlar, minlərlə 
qoyun-quzu dağlara-düzlərə  səpələnirlər. Yaşıl çəməndə  ağ xalıya bənzər bu görüntülər 
Qəbələdə tez-tez görünən səhnələrdəndir. Dağdan sürülər enəndə hansı  kənddən ötərsə, 
çobanlar yol üstündə səxavətli olar, əlinin altında nə varsa paylayarlar. Eyni ilə kəndlərdə 
də sürünün səsi eşidilən kimi, pişvazına çıxar, çobanları ev xörəklərinə qonaq edərlər. 
Bərəkət simvolu sayılan sürülər el-obanın varına, dövlətinə işarədir... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin