Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə44/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   40   41   42   43   44   45   46   47   ...   80
Məlikli.  Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə  məlikli camaatı yaşayır. 
Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər 


görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə 
olunur.  
Məmmədağalı. Rayon mərkəzindən 29 km aralı olan kəndin  ərazisində eyni adlı 
qədim bir yurd yerinin xarabalıqları var. İndi mühafizə olunan bu tarixi məkanda hətta 
keçmişdə yaşayışın olduğunu isbat edən bəzi evlərin izi qalıb. Dövlət tərəfindən qorunan 
bu yer alimlərin dediyinə görə IX-XI əsrlərə aiddir. Toponimik bilgilərə görə şəxs adından 
götürülüb.  
İndiki Məmmədağalı isə köhnə kəndə yaxındır, təxminən 2 km cənub-qərbdə yerləşir. 
Əsasən heyvandarlıq inkişaf edib. 32 hektar otlaq sahəsi və ətraf ərazidə olması camaata 
imkan verir ki, heyvandarlığı inkişaf etdirsinlər. 455 nəfərin, 107 təsərrüfatın qeydə 
alındığı kənddə 300-ə yaxın iri buynuzlu mal-qara və 2000-dən artıq qoyun quzu var. 
216 hektar pay torpaqları paylanıb və fərdi evlərinin tikintisi sürətlənib. Meyvəçiliklə 
yanaşı son vaxtlar əkin sahələri də genişlənir. 
2006-cı ildə orta məktəbi genişlənərək 11 illik ümumtəhsil ocağına çevrilib. Növbəti 
illərdə isə  təhsilin səviyyəsini daha da yüksəltmək məqsədi ilə  əlavə yardımçı binanın 
tikilməsi plana salınıb.  İcra nümayəndəliyi üçün yeni inzibati binanın inşası ilə bağlı 
layihə də təsdiq edilib. 
Əhaliyə telefon xidməti göstərilir.  

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin