Nohurqışlaq kəndi rayon mərkəzindən 6 kilometr cənub-şərqdə Alazan Həftəran
vadisindədir. Əhalisinin sayı 2600 nəfərdir. Nohur göl ətrafındakı əfsanəvi məkan olan
Sahil pansionatı elə kəndin yaxınlığındadır. Burada çalışanların əksəriyyəti Nohurqışlaq
sakinləridir.
Mühüm təsərrüfat əhəmiyyəti olan bu göl 1950-ci ildə istifadəyə verilib.
Kənd yolunu Qəbələ-İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda
hissəsinə asfalt vurulub. Əhalinin içməli su ilə təmin olunması üçün artezian quyusu
qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib.
Kənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni məktəb binası istifadəyə
verilib. 2008-ci ildə gənclərə yeni tikilmiş stadion da hədiyyə edilib. 256 nömrə tutumlu
ATS quraşdırılıb.
Ovcullu. Vaxtilə bəyzadələr ailəsinə mənsub olan iki ailə tərəfindən təməli qoyulan
bu kəndin ilk nümayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr
də bəylərin xidmətçiləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar. Hazırda
əhalisinin sayı 221 nəfərdir və 52 təsərrüfatda yaşayırlar.
2008-ci il yanvarın 1-dən etibarən yeni ərazi vahididir. Burada yaşayan əhalinin maddi
vəziyyəti ona görə yüksəkdir ki, camaatı əməksevərdir. Bol taxıl sahələrindən,
heyvandarlıqdan və meyvə bağlarından gəlir götürən ovculluların iş problemi yoxdur.
Ovculluların iki ildir mavi yanacağı var. İçməli suyu artezian quyusu təmin etsə də
suvarmada əhali Zalam qobusundan istifadə edir. Mənbəyi dağlardan başlayan və sel
suları ilə müşaiyət olunan bu qobu bir neçə kənd üçün təhlükəli olduğundan kənarında
bənd qurulub. Lazımi texnika və fəhlə qüvvəsi əraziyə cəlb edilib, qalın bəndləşmə
prosesi aparılıb.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına əsasən (2004-2008) kənddə
ibtidai məktəb binası tikilib. Bu hadisə əhalinin razılığına səbəb olub, ancaq məktəbli
uşaqların azlığı səbəbindən hələ məktəbin genişləndirilməsinə ehtiyac yoxdur.
Qəbələ-Ağdaş magistralından 3 km içəridə olan Ovcullu camaatının daxili yolu da
bələdiyyə hesabına hamarlanıb.
Qarşıdakı illərdə kənddə iki mərtəbəli feldşer məntəqəsinin tikintisinə başlanacaq...