Kəndlə Qəbələ-Ağdaş yolunun arası 6 km-dir. Zalamla bitişik olduğundan qonşu
kəndin məktəbi və uşaq baxçasından istifadə edilir.
Ərazidə icra nümayəndəliyi üçün yeni inzibati bina istifadəyə verilib.
Nic şəhər tipli qəsəbədir. Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran
vadisində ən iri yaşayış məskənidir. Ərazisinə görə rayonda birinci, əhalisinə görə ikinci
sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200
nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
İndi Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir. Alban kilsəsi və
digər abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.
Rayonun ən iri fındıq bağları məhz bu qəsəbənin yaxınlığındadır. Hər il ətraf kəndlərin
də sakinləri mütəşəkkil meyvə yığımına gəlir, fındıqçılıq birliyinin rəhbərləri əhalinin
maraqlarına uyğun tələblərlə kütləni mövsümü işlə təmin edirlər. Nəticədə əldən zirək
olanlar xeyli pul qazanırsa, elə fındıq sahibləri daha çox gəlirə, itkisiz məhsula nail olur.
Dostları ilə paylaş: