Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə54/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   50   51   52   53   54   55   56   57   ...   80
Şəfili. Hazırda kənddə 220 nəfər əhali 53 təsərrüfatda yaşayır. Kəndin mərkəzi yolla 
arası 3 km-dir. Əraziyə mavi yanacaq verilir. Yeni tikintilər aparılır. Ərazi nümayəndəliyi 
üçün yeni bina inşa olunub. Burada da meyvə bağları, tərəvəz sahələrinə xüsusi qulluq 
olunur və heyvandarlıq inkişaf etdirilir. Dolanışıq sarıdan camaatın vəziyyəti yaxşı 
səviyyədədir... 
Tikanlı  kəndi mərkəzdən 13 km. qərbdə Alazan-Həftəran vadisindədir. Xalq 
etimologiyasına  əsasən buralar əvvəllər tikanlı sahələrdən ibarət olub, yerində  kənd 
salınıb. Toponimik bilgilərə görə keçən  əsrdə Qars əyalətində Yuxarı Tikan və  Aşağı 
Tikan adlı kəndlər mövcud olub. Alimlər güman edir ki, kəndin mənşəyi də bu sözlərdən 
götürülüb.  
İndi kənddə 1900 nəfər yaşayır. Dörd məşğuliyyət növündən əhali öz çörəyini çıxarır. 
Hamının meyvə bağı, taxıl sahələri, tərəvəzləri  və mal-qarası var. Bu ərazidə çəpərlənmiş 
evlərin sayı demək olar ki, yoxdur. Yol boyu hamının həyət bacası iri daş hasarlara alınıb 
və evlərin görkəmindən də bəllidir ki, Dovşan dağının yanında əhali özünə maraqlı düzəm 
qura bilib. 
Kənddə iri ticarət, ictimai iaşə obyektləri fəaliyyət göstərir... 
Türyançayın qollarından biri, uzunluğu 56 km. hövzəsinin sahili 125 kv. km olan Baş 
Qafqaz silsiləsinin cənub yamacından 3680 metr hündürlükdən mənbəyini götürən Tikanlı 
çayı ərazidən axır...  


Tüntül  kəndi mərkəzdən 10 km. cənubda Alazan-Həftəran vadisindədir. Bu kəndin 
camaatı da işgüzar, torpağa bağlı olduğundan hər məşğuliyyət növündən qazanc əldə edir. 
Əhalisinin sayı 2500 nəfərdir. Meyvəçilik, taxılçılıq və heyvandarlıq inkişaf etdiyindən 
burada yaşayan əksər sakinlərin dolanışığı yüksək səviyyədədir.  Kənddə 240 şagirdlik yeni 
orta məktəb binası tikilib, əhaliyə rabitə və poçt xidməti yaxşılaşdırılıb, 256 nömrə tutumlu 
elektron ATS quraşdırılıb. Kəndə asfalt yol çəkilib, fərdi yaşayış evlərinin sayı artıb. İçməli 
su üçün iki artezian quyusu qazılıb.  
Topbağ.  Ərazisində bir neçə övliyalar olduğuna görə  kənd topa şəklində olan bu 
ziyarətlərdən adını götürüb. 3 ildir ki, yeni ərazi vahidi sayılır. 117 təsərrüfatdan  və 532 
nəfərdən ibarət olan kəndin 460 hektar yararlı torpağı var. Rayon mərkəzi ilə arası 30 km-
dir. Əhalinin çoxusu mərkəzdəki yeni iş yerlərində çalışırlar. Çox yaxşı güzəran qurublar, 
dolanışıq  əla səviyyədədir və camaat zəhmətkeş olduğundan heç bir narahatlıq hiss 
olunmur. Fındıq bağları,  əkin sahələri, heyvandarlıq  əsas məşğuliyyət sahələridir. 
Suvarmada  ərazidən axan dağ çaylarından istifadə edilir. İki artezian quyusu sakinləri 
içməli su ilə  təmin edir. Əhalinin yarıdan çoxu telefondan istifadə edir və müraciət 
edənlərə qısa zamanda rabitə xətti çəkilir. 110 şagirdin oxuduğu məktəb kolektivinin ən 
böyük arzusu bu təhsil ocağının genişləndirilməsi, yeni tədris korpusunun tikilməsidir... 
Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda 
kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırki adı düzdür və söz 
təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə 
Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı 
malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki 
Çuxur Qəbələ  kəndi ilə  qədim  şəhərin arasındadır.  Ərazidən tapılan kərpic bişirən 
kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib. 
Əslində tola sözü kərpic anlamındadır. Arxeologiyada tədqiqat aparılan Qədim 
Albaniyanın Çaqqallı sahəsi, tarixi məkandan 3-4 km cənub-şərqdə, Govurlu və Qoçalan 
çayın arasında 50 hektaradək yer Tövlə kəndinin ərazisindədir. 
Hazırda kəndin 738 nəfər əhalisi və 179 təsərrüfatı qeydə alınıb. Fındıq bağları, iri və 
xırda buynuzlu mal-qara artımı, tərəvəz sahələri gəlir mənbəyidir. Fərdi evlərin 
tikintisində,  əhalinin minik avtomobillərinin sayında irəliləyiş hiss edilir. İctimai iaşə 
müəssisələri fəaliyyət göstərir. Regionların Sosial-İqtisadi  İnkişafı ilə bağlı yeni Dövlət 
Proqramına (2009-2013)  əsasən növbəti illərdə burada Qoçalan çayı üzərində körpü 
tikilməsi nəzərdə tutulub. Kənddə peyk rabitəsi quraşdırılıb, icra nümayəndəliyində, 
bələdiyyə idarəsində, məktəbdə telefon rabitəsi var. 2008-ci ilin sonundan əhaliyə telefon 
çəkilişinə başlanıb. Mavi yanacağın bərpası qərara alınıb... 
Uludaş. “Ulu” və “daş” sözlərindən ibarət olan sözün açıqlamasını toponimiklər belə 
yozur. Ulu “qədimlik, uca”, daş isə  qədimdə “dağ” anlamındadır. Kənd bu ərazidə 
nisbətən uca dağların yaxınlığında yerləşdiyindən “Ulu daş”, yəni uca dağın  ətəyində 
yerləşən kənd mənasındadır. “Ulu” uca dağa yaxın olmasına işarədir.... 
Kəndin 1700 sakini var. Torpaqdan bol məhsul götürən əhali kənd həyatı üçün zəruri 
olan bütün nemətlərə üstünlük verir. Taxıl əkir, tərəvəz yetişdirir, meyvə ağaclarına qulluq 


edir. İri və xırda buynuzlu mal-qaranın artımına görə bu kənddə də son illər gözəl yaşayış 
müşahidə olunur.... 
Sosial problemlər həll edildikcə uludaşlıların həyat səviyyəsində irəliləyişlər özünü 
göstərir. Elektronlaşmış telefon xətti camaatın ixtiyarındadır. Elektrik enerjisi fasiləsiz 
olaraq verilir. Ticarət müəssisələri fəaliyyət göstərir. Təhsilə xüsusi qayğı var və kəndin 
orta məktəb şagirdləri savadlı müəllimlərdən dərs alırlar... 
 Vəndam sözünün tərkibindəki “vən” komponenti göyrüş ağacının ikinci adıdır. Yerli 
məlumata görə, vəndam toponimi “vən” (göyrüş) ağacından tikilmiş “dam” mənasındadır. 
12 km cənub-şərqdə  Qəbələ-İsmayıllı  şosse yolunun kənarında, Vəndam çayının sol 
sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. .. 
9000 nəfərə yaxın əhalisi olan qəsəbədə hər sahədə inkişaf gedir. Bol meyvə bağları 
var. Taxıl sahələri  əraziyə xüsusi gözəllik verir. Rayonun ən inkişaf etmiş yaşayış 
yerlərindən biridir... 
Turistlərin marağını çəkən cazibədar yerləri var. Elə rayondakı əksər turizm obyektləri 
də burada fəaliyyət göstərir. “Duyma” sağlamlıq və istirahət mərkəzi, “Semerana”, “7 
gözəl pansionatı” və 7 şəlaləsi ilə məşhurdur. Şəffaf su üstündəki restoranlar müştərilərə 
elə xidmət göstərir ki, bir anlıq başqa aləmdə olduğunu düşünür və buraların bənzərsizliyi 
qənaətinə gəlirsən. Ancaq qəsəbənin içərilərinə irəlilədikcə, dağına, daşına bələd olduqca 
şahidi olduğun mənzərələr daha heyrətləndiricidir.  
“Qalaüstü yeri” VI-IX əsrlərə aid olan arxeoloji abidə sübut edir ki, buranın qədim 
tarixi var.  
Bu qəsəbənin hər il orta məktəb məzunlarından 90 faizi ali təhsil ocaqlarına daxil olur.  
20 nəfərdən artıq alimi və bir neçə elmlər doktoru ilə öyünən vəndamlılar ziyalılıq 
səviyyəsi ilə öndə gedir... 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin