Siləyli. Tarixdə bu adda tayfanın olduğu deyilir. Çox güman ki, həmin türk tayfasının
adından götürülüb. Hazırda 300 nəfər əhalisi və 70 təsərrüfatı var. Rayon mərkəzi ilə arası
37 km-dir. İri magistral yola çıxış üçün 17 km. qət etmək lazım gəlir. Ucqarda
yerləşməsinə baxmayaraq yolu rahatdır.
Ərazidə 2 artezian quyusu qazılıb. Suvarmada Qaraçaydan gələn arxdan istifadə
olunur. Həmin su arxı 2008-ci ildə yenidən qazılaraq genişləndirilib. Hazırda əhaliyə
telefon çəkilişlərinə başlanıb. Növbəti illərdə bura qazın verilməsi üçün layihələrə baxılır.
Ərazi icra nümayəndəliyi üçün yeni bina 2008-ci ildə tikilib.
İki çayın Qaraçayla Göyçayın ortasında yerləşən Siləyli qədim tarixə malik olan yurd
yeri olduğu güman edilir. Kəndin aşağısında üç tarixi abidə, Pirbucağı deyilən yerdə qəbir
daşı üstündə yazılı sənduqə oxunarkən məlum olub ki, buradakı kitabədə göstərilən tarix
qədim əsrlərdən soraq verir.
Kurqan ikinci abidədir və onun da mühafizəsi və tədqiqi tarixin açılmayan illərinə
aydınlıq gətirəcək real dəlildir.
Digər tapıntılardan biri, Qala arxeoloji abidəsi isə ona görə maraq doğurur ki, bu tarixi
tikili Bakının qız qalasına bənzəyir. Vaxtilə su üzərində olduğu ehtimal olunur. İki çayın
bir-birinə qovuşduğu, Qaraçayla Göyçayın bir məcraya yönəldiyi yerdə inşa olunan
qaladan sudan mühafizə, həm də yadellilərdən qorunmaq məqsədilə də istifadə edilməsi
güman edilir. Üç hissədən ibarət olan qala kənar tərəfdən dar, içəridən isə enli yarğanlarla
qurulub. Eynən İçəri şəhərin qala divarları kimi silahlı basqını dəf etmək, nizələri içəri
buraxmamaq üçün müdafiə təminatı məqsədi daşıyır...