Yengicə. 500 nəfərin yaşadığı bu kənddə heyvandarlıqla yanaşı meyvəçilik
də inkişaf
edib. Burada da hiss ediləcək inkişaf nəzərə çarpır. Respublikanın hər yerindən kəndə
gələn qonaqlar buranın qonaqpərvər camaatından ürək dolusu danışırlar.
Ərazidə əvəzsiz müalicəvi su olduğundan “Yengicə isti su sağlamlıq
və istirahət
kompleksi” istifadəyə verilib. Bu kompleksin inşasına 2006-cı ildən başlanıb və 21
vannadan, 50 yerdən ibarət olan mərkəzdə insanlar nəinki şəfa tapır, həm də təbiətin
qoynunda dincəlmək imkanı qazanır. Əlavə müayinə otaqları və 5 mərtəbəli 80
yerlik
korpus da inşa olunub. Burada dəri, revmatik sümük və oynaq
xəstəliklərinin müalicəsi
aparılır. 50 nəfərin işlə təminatı yerli əhalinin məşğulluğunda önəmli hadisədir. Bu gün
dünya təbabətində olduğu kimi ölkəmizdə də oynaq xəstəliklərindən əziyyət çəkən
xəstələr az deyil və rayonda da eyni bəladan yüzlərlə insan narahatdır.
Təbii yolla
müalicə daha səmərəli hesab edildiyindən yenicə istifadəyə verilən mərkəzdə artıq
növbələr yaranıb...
Şamlı Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub.
Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun
internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur.
Monqolların hücumu zamanı Türkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o
zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir.
Onlar
Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda
məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər...
Hazırda kəndin 300 nəfər sakini var. Şamlılar tərəvəz sahələri və taxıl əkir,
heyvandarlığı inkişaf etdirirlər. Bu kəndin də bütün ehtiyacları ödənildiyindən əhalinin
dolanışığı sarıdan narahatlıq hiss olunmur...
Dostları ilə paylaş: