Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə30/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   76
qn eve

4.  İnkorpor edilən dillər  üçün kompleks sözlər 
xarakterikdir. Hind və bir sıra paleoasiya dillərində bizim 
cümləmizə onların söz cümləsi uyğun gəlir.  İnkorpor edən 
dillər başqa dillərdən cümlələrin analiz əsasına görə, yəni 
sintaksis  əlamətlərə görə  fərqlənir. Məhz bu da morfoloji 
təsnifatın ardıcıllığına mane olur. Təsadüfi deyildir ki, bir çox 
linqvistlər inkorpor edilən dilləri aqlyutinativ dillərə  əlavə tip 
kimi daxil edərək dünya dillərini dörd deyil, üç tip kimi 
təsnifləşdirirlər. Flektiv tipə aid etdiyimiz semit-hamit dilləri 
bir çox aqlyutinativ əlamətlərə malikdir. Bəzi qərb 


_______________Milli Kitabxana______________ 
 38
ədəbiyyatında adətən bütün morfoloji tiplər eyni qiymətli tiplər 
kimi qəbul edilmir. Flektiv dillər ən kamil, təcrid edilən dillər 
isə  ən primitiv dillər sayılır. Bundan başqa belə hesab edirlər 
ki, mücərrəd təfəkkür yalnız flektiv dillərlə əlaqədardır. Flektiv 
tip Hind-Avropa dilləri üçün daha çox səciyyəvi olduğundan 
belə fikirlərin irqçi xarakteri heç bir şübhə doğurmur. 
Morfoloji tiplər dilin inkişafının ardıcıl tarixi mərhələlərini 
izləyə bilmədiyindən hansı morfoloji tipin daha kamil olması 
haqqında danışmaq olmaz. Dünyanın bütün xalqları, dillərin 
hansı morfoloji tipə aid olmasından asılı olmayaraq ən yüksək 
mədəniyyət yaratmağa qadirdirlər. Morfoloji təsnifatın iki 
nöqsanlı cəhəti vardır: birincisi, onun köməyi ilə dillərin tarixi 
inkişaf yolunu izləmək mümkün olmur; ikincisi, o dünya 
dillərinin struktur xüsusiyyətlərini nəzərə almır. Morfoloji 
təsnifat öz əhəmiyyətinə görə geneloji təsnifatdan çox geri qalır 
və köməkçi xarakter daşıyır. 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_______________Milli Kitabxana______________ 
 39

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin