Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə49/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   76
qn eve

BALTİK XALQLARI: Bu qrupa latışlar və litvalılar 
daxildir. Bu xalqlar, əsasən, Latviya və Litvada yaşayırlar. 
Qədim məşğuliyyətləri  əkinçilik və heyvandarlıq olmuşdur. 
Latışların və litvalıların milli və mədəni həyatları çox oxşardır. 
Ənənəvi mədəniyyətin bir çox cəhətləri kimi latışlarda və 
litvalılarda xalq kostyumları çox oxşardılar. 
YUNANLAR: Balkan yarımadasının cənubunda və Egey, 
Aralıq,  İoniya dənizlərinin adalarında, habelə, Kipr adasında 
Hind-Avropa dillərində danışan yunanlar yaşayırlar. Yunanlar 
qədim yüksək antik svilizasiyanın yaradıcıları hesab olunurlar. 
Ənənəvi yunan yaşayış evi tipləri müxtəlifdir.  Əksər evlər 
birmərtəbəlidir. Evlərin pəncərə  və aynabəndi, adətən,  şərqə 
doğru yönəlmişdir.  Ənənəvi xristian bayramları Milad günü, 


_______________Milli Kitabxana______________ 
 68
Yeni il, pasxa ilə yanaşı yunanlar bütün Avropa xalqlarına 
məlum olan “may bayramı”, təbiətin yaz oyanışı ilə  əlaqədar 
bayramlar da keçirirlər. 
ALBANLAR:  Hind-Avropa dil ailəsinə daxil olan 
xalqlardan biri də albanlardır. Onlar özlərini “Şgiptor” 
adlandırırlar. Alban dili Hin-Avropa dil ailəsinə daxil olan, 
İlliriya və Frakiyalılara aid edilən yeganə dil olaraq qalmışdır. 
XII  əsrdə müstəqil Alban dövləti olan Ayberlər dövləti 
yaranmışdı. Alban kəndlilərinin  ənənəvi məşğuliyyəti köçmə 
qoyunçuluqdur. Əkinçilikdə taxılçılıq əsas yer tutur. Albanların 
kənd məskənləri 3 tiplidir: dağınıq, yığcam və müasir küçəvari 
poan quruluşlu evlər. Albaniyada əhalinin  əksəriyyəti 
müsəlmandır. Albaniyada Milad günü (25 dekabr), “Yaz günü” 
(1 və 14 mart) və Müqəddəs Georgi günü (23 aprel) təntənəli 
surətdə keçirilir. Albaniyada Müqəddəs Georgi günü (23 aprel) 
həm xristianlar, həm də müsəlmanlar tərəfindən qeyd edilir. 
MALTALILAR:  Maltalılar Avropada yeganə Semit dilli 
xalqdır. Onlar Aralıq dənizində Malta və Qotso adalarında 
məskunlaşmışlar.  Əsas məşğuliyyətləri  əkinçilikdir. Otlaqların 
azlığı heyvandarlığı  məhdudlaşdırır.  İqlim Maltada ildə 2-3 
dəfə  məhsul götürməyə imkan verir. Maltalıların mənəvi 
həyatında katolosizm çox böyük rol oynayır. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin