Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə52/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   76
qn eve

ƏKİNÇİLİK VƏ MALDARLIQ:  Azərbaycanın təbii-
coğrafi  şəraiti ta qədimdən burada əkinçilik mədəniyyətinin 
inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Arxeoloji 
materiallar təsdiq edir ki, burada dəmyə  və süni suvarmaya 
əsaslanan dənli bitkilər  əkinçiliyi ilə yanaşı bağçılıq, 
üzümçülük və digər  əkinçilik sahələri inkişaf etdirilirdi. 
Əkinçilik sistemi iki üsulla aparılırdı: dəmyə  və suvarma 
əkinçiliyi. Bir qayda olaraq su çıxarılması mümkün olmayan 
əlvеrişli sahələrdə  dəmyə  əkinçiliyi tətbiq olunurdu. Subasar 
ərazilərdə isə suvarma əkinçiliyi geniş yayılmışdı. Qədim 
vaxtlardan Azərbaycanda yazlıq və payızlıq əkin sistemi tətbiq 
edilirdi. Bu sistem taxil əkinlərinə daha çox tətbiq edilir. 
Payızlıq taxıla daha çox üstünlük verilir. Taxıl bitkilərindən, 
əsasən, sarı buğda, ağ buğda, qaraqılçıq, xırda buğda, qırmızı 
buğda, kərə buğda üstünlük təşkil edir.  
Azərbaycanda müxtəlif çəltik növləri yetişdirilirdi.  Ən 
geniş yayılan çəltik növləri  ənbərbu, sədri, çiləyi, çampo, 
marağa,  əkülə,  şabran,  şəril sarıqılçıq, qırmızıqılçıq və 
başqalarıdır. Çəltik bitkisinin müxtəlifliyi onun qədim tarixə 
malik olduğunu sübut edir. Azərbaycanın ayrı-ayrı zonalarında 
çəltik becərilən sahələr xır, zəmi, bicar və s. adlar altında 
tanınır. Toxum səpilmiş bu sahələr, demək olar ki, məhsulun 
yetişməsinə  qədər suyun altında olur. Digər dənli bitkilərə 
nisbətən çəltiyin suya təlabatı daha böyükdür. 
Qədim  əkinçilik mədəniyyətinə malik olan Azərbaycan 
özünün bostan-dirrik məhsulları ilə  də  məşhurdur. Bakı,  Ərəş 
və Göyçay qəzalarında XIX əsrdə bostançılıq daha çox inkişaf 
etmişdir. Muğan  ərazisində daha çox qarpız yetişdirilməsi ilə 
məşhurdur. Lənkəranda 23 adda dadlı qovun yetişdirilirdi. 
Abşeronda məşhur Qala və Zirə qarpızları yetişdirilirdi. 
Azərbaycanın  ənənəvi təsərrüfat bitkilərindən biri də 
pambıq olmuşdur. Pambıqçılıq Azərbaycan kənd təsərrüfatının 
elə sahələrindən idi ki, burada sahibkarlar artıq muzdlu əməyin 
tətbiqinə üstünlük vermişlər. Muzdlu işçilər,  əsasən, Cənubi 


_______________Milli Kitabxana______________ 
 71
Azərbaycandan və Dağıstandan gələnlər, o cümlədən, 
Azərbaycanın öz daxili vilayətlərində yaşayan torpaqsız 
kəndlilər olmuşlar.  
XIX-XX  əsrlərdə tütünçülük də  əsas sahələrdən biri 
olmuşdur. Azərbaycanda tütünçülüyün inkişafına təsir göstərən 
ən əsas amillərdən biri xaricdən gətirilən tütün üzərinə qoyulan 
gömrük xərcinin artması olmuşdur.  
Abşeron kəndlərində  ən qiymətli bitki növlərindən olan 
zəfəran yetişdirilməsi  əsas sahələrdən biridir. Abşeronun 
kəndində bu bitkinin yetişdirilməsinə üstünlük verirlər. 
Azərbaycan toxucularının boyaq maddələrinə olan 
ehtiyacını ödəmək məqsədilə Quba, Göyçay və  Lənkəran 
ərazilərində qırmızı boya əkinçiliyi xeyli inkişaf etmişdi. Lakin 
XIX  əsrin 70-ci illərində alizarinin kəşfi bu bitkiyə olan 
ehtiyacı azaltdığından qırmızı boyanın istehsalı sürətlə azaldı. 
Azərbaycanda ipəkçilik də bir təsərrüfat sahəsi kimi 
qədim tarixə malikdir. Mingəçevirdə arxeoloji abidələrinin 
verdiyi məlumata görə, hələ e.ə. II-I əsrlərdə yerli sakinlər 
pambıq, kətan və yun parçalarla yanaşı ipək parçalardan da 
istifadə etmişlər. XIX əsrdə ipək istehsalına görə Nuxa qəzası 
birinci yeri tuturdu. İpəkçilikdə barama qurduna xidmətin 
təşkilinin böyük rolu və əhəmiyyəti olmuşdur.  
Azərbaycanda mühüm təsərrüfat sahəsi kimi bağçılıq və 
üzümçülük də  əsas yer tutur. Bu təsərrüfat sahəsinin tarixi 
Tunc dövründən başlayır. Tarixi mənbələrdə Azərbaycan 
meyvələrinin  şöhrəti haqqında geniş  məlumatlara rast gəlinir. 
Azərbaycan üzümünün şöhrəti Rusiya və Avropa ölkələrinə 
yayılmışdır. Azərbaycanda 4 cür tənək becərmə üsulu 
olmuşdur: 1) Tənəklə bilavasitə qumlu sahələrdə öz kökü 
üstündə bitib inkişaf edir (Abşeron); 2) Tənəklər ağacların 
gövdəsinə, budaqlarına sarınan vəziyyətdə inkişaf edir; 3) Lək 
üsulu – tənəklərin üstü qışda torpaqla örtülür (Naxçıvan); 4) 
Tənəklər bir-biri ilə əlaqələndirilən yerdə basdırılmış payalara 
qaldırılır (Gəncə-Qazax).  


_______________Milli Kitabxana______________ 
 72
Əkinçiliklə yanaşı iqtisadiyyatın  əsasını  təşkil edən 
təsərrüfat sahələrindən biri də maldarlıq olmuşdur. 
Azərbaycanda ipəkçilik, arıçılıq, ovçuluq və balıqçılıq da 
mövcud olmuşdur. Oturaq maldarlıq,  əsasən, düzən  ərazilərdə 
− Kür, Gəncəbasar və  Xəzər ovalıqlarında yayılmışdır. 
Maldarlığın köçmə otlaq forması da geniş yayılmışdır. Köçmə 
təsərrüfat sistemi üç təbii zonanın – düzən, dağlıq və dağətəyi 
ərazilərin yem ehtiyatından və iqlim şəraitindən səmərəli 
istifadə olunmasına əsaslanır. Azərbaycan maldarları bir qayda 
olaraq öz heyvanlarını noyabr ayının ortalarından mart ayının 
ortalarına qədər qışlaqlarda saxlayırlar. Bundan sonra 
yaylaqlara köç edilir. Köç və onunla əlaqədar olan digər xərclər 
maldar  əhalinin illik büdcəsinin  əhəmiyyətli hissəsini təşkil 
edir. Qoyunçuluq təsərrüfatı Azərbaycan maldarlığının  ən 
gəlirli sahələrindən biridir. İkinci mühüm sahə iri buynuzlu 
mal-qaranın saxlanmasıdır. Maldarlıqla atçılıq da mühüm yer 
tutur. 
Kənd təsərrüfatının mühüm sahələrindən biri arıçılıqdır. 
Bu sahə,  əsasən, Gədəbəy, Xanlar, Quba, Qusar, Şəki, 
Zaqatala, Daşkəsən,  Şamaxı  və Astara rayonlarında inkişaf 
etmişdir. 
Ev peşəsi və  sənətkarlıqda  əsas yeri gön-dəri istehsalı, 
dekorativ-tətbiqi sənət, xalçaçılıq, ağacişləmə, metalişləmə, 
daşişləmə, dulusçuluq, toxuculuq tutur.  

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin