NƏTİCƏ
İş
güzar etiketin nəzəri və praktiki məsələlərinin öyrənilməsi bizə aşağıdakıları
söyləməyə imkan vermişdir:
Menecmentin yeni üslubunu paradoksallığı ondan ibarətdir ki, hakimiyyətin
verilməsi prosesi və köklü dəyişikliklərin həyata keçirilməsi öz-özlüyündə
hakimiyyətdən qətiyyətlə istifadə etməyi tələb edir. İdarəetmənin qeyri-
mərkəzləşdirilməsi direktorun hakimiyyətini azaldır. Rəhbərliyin qeyri-
mərkəzləşdirilməsi o deməkdir ki, hakimiyyət bütün firma üzrə əməkdaşlar
arasında bölüşdürülür.
Menecerin psixoloji cəhətdən səlahiyyətli olması aşağıdakılarla bağlıdır:
1.
Şəxsiyyətin özünü qiymətləndirilməsi və özünü təkmilləşdirilməsi üçün
biliyi olması və buna cəhd göstərməsi ilə, özünə qiymət vermə kifayət qədər
yüksək olmalıdır. Əks halda rəhbərin yaxşı işləmək üçün inamı olmayacaqdır. Eyni
zamanda özünə qiymət vermə adekvat (tam uyğun) olmalıdır, çünki belə olmasa
özünə həddən artıq inamla qüsursuzluq kompleksinin yaranmasına gətirib çıxarır.
2.
İnsanlarla ünsiyyət yaratmaq üçün zəruri bilik və vərdişlər kompleksinə
yiyələnmək ilə, rəhbərin kommunikativ səriştəliliyi səmərəli fəaliyyət göstərmə-
sinin mütləq (qəti) şərtidir.
3.
Tabeçilikdə olanları tərbiyə etmək funksiyasını reallaşdırmaqla əlaqədar
olan psixo-pedaqoji səlahiyyətlilik ilə;
4.
Kollektivin fəaliyyət göstəricisinin psixoloji qanunauyğunluqlarını
bilməklə. Rəhbər yalnız kollektivlə öz münasibətlərini savadlı şəkildə
qurmamalıdır. O, eyni zamanda firmada şəxslərarası və qrup münasibətlərini
qiymətləndirməyi bacarmalı, münaqişələri həll etməyi bacarmalı və əməkdaşların
münasibətlərini harmonikləşdirməlidir (ahəngdarlaşdirmalıdır).
Ünsiyyət bacarığı hər hansı şəraitə uyğunlaşmağa imkan verir. Bizdə işçilər
ünsiyyətin əlaqələndirici (kommunikativ) tərəfinə lazımi əhəmiyyət vermədiklərinə
görə çox şey itirirlər. Rəhbər həmişə üzdə olan şəxsdir. Ona görə də o, öz
81
hərəkətlərinə nəzarət etməli, davranış taktikası barədədüşünməli, son nəticəni
proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir. Rəhbər adamları
özünə cəlb etmək qabiliyyətinə malik olmalıdır, o, davranışı ilə özünə qarşı xoş
münasibətlər, hörmət və etibar qazanmalıdır. Nəzakətli davranış təkcə etika ilə
deyil, həmdə rəhbər və işçi arasında müəyyən «məsafə»nin düzgün seçilməsində
özünü göstərir.
Ə
xlaq insanın cəmiyyətdə düzgün davranışını əks etdirən fəlsəfi mücərrəd
anlayış, abstraksiyadır. Hərəkətin düzgün və yanlış olmasına dair mühakimə
çıxarmaqdan ötrü mənəvi dəyərlərdən (müəyyən sosial qrupda qəbul olunan
mücərrəd mənəvi kateqoriyalar toplusu) ibarət olan mənəvi normaların tətbiq
edilməsi zəruridir. Məsələn, ədalət, xeyirxahlıq, vicdan, ləyaqət və mənəvi
prinsiplər (mənəvi dilemmaların həll edilməsi üçün qəbul olunan müəyyən
anlayışlar və nəzəriyyələr). Məsələn, «Mən sənə qarşı, sən mənə etdiyin hərəkəti
edə bilərəm».
Bu gün meyl etdiyimiz sivili bazar şəraitində işləyən bizneslər aşağıdakı
mənəvi dəyərləri rəhbər tuturlar:
- qənaət və səmərə;
- gəlirin və ictimai ədalətin tarazlığı;
- qanun çərçivəsində fəaliyyət azadlığı və bazarın bütün iştirakçıları üçün
bərabər imkanlar;
- digərlərinin azadlığına hörmət və onların qüsurlarına dözümlülük.
Bu baxımdan şirkət daxili etik problemləri aşağıdakı kimi qruplaşdırmaqolar:
- əməkdaşlarla aparılan işin qüsurları;
- maraqların münaqişəsi;
- məxfiliyə riayət edilməməsi.
İ
nsanlara düzgün rəhbərlik edilməsinin əhəmiyyətindən danışmaq, məncə
lüzumsuzdur. Əməkdaşlar və ya insan resursları, müəssisənin ən mühüm kom-
ponenti və investisiyalarının ən mühüm sahəsidir.
82
Psixoloji araşdırmalarla müəyyən edilib ki, münaqişələrin səbəbləri əsasən
aşağıdakı zəmində baş verir.
Təşkilatın idarəetmə qurumunun işində ciddi çatışmazlıqların olması;
İş
çi heyətin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməməsi;
İş
rejiminin qeyrı-ahəngdar və qeyri-sabit olması;
İş
çi heyətin maddi cəhətdən təmin olunmaması və bunun nəticəsi kimi iş üçün
stimulun olmaması;
İş
çi heyətin əməyinin düzgün qiymətləndirilməməsi;
Peşəkarlıq, fərdi, yaş və digər fərqlər səbəbindən psixoloji uyğunsuzluğun
olması;
Formalaşmış davranış normalarının pozulması, işçi heyətin müxtəlif
kateqoriyaları arasında ixtilafların olması.
Azərbaycanda işgüzar tərəfdaşlar tərəfindən müştərilər haqqında məlumatın
məxfiliyi şərtlərinə əməl olunmur. Müştərilər tərəfindən banklara təqdim edilən
biznes planların dair müştərilərə ötürülməsi faktları mövcuddur. Azərbaycan
banklarının əksəriyyətində müştərilərin məxfiliyinə zəmanət əməli sistem mövcud
deyildir, bu isə Azərbaycan əhalisinin yerli banklara etibar etməməsinin
səbəblərindən biridir.
İ
qtisadi fəallıq artdıqca və rəqabət kəskinləşdikcə Azərbaycan biznesi
göstərilən prinsiplərə riayət olunmasına daha ciddi yanaşacağıq.
Qeyd olunmalıdır ki, geniş yayılmış «müştəri həmişə haqlıdır»
qaydasınabaxmayaraq müştərinin də biznes qarşısında iki öhdəliyi vardır:
sövdələrə əməl etmək; xidmət və məhsulların dəyərini vaxtında ödəmək.
83
Ə
Dostları ilə paylaş: |