Microsoft Word rasim isguzar etiket docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix29.12.2021
ölçüsü0,52 Mb.
#48707
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
sheyx rasim

Fırıldaq və dələduzluq 

Yalan  kimi  fırıldaq  və  dələduzluq  da  kələk  və  aldatmaq  məqsədilə 

işlədilir.Yalandan fərqli olaraq  fırıldaq və  dələduzluq daha  çox  konkret  əməllərlə 

bağlıdır.  Yalana  inanmaq,  yaxud  inanmamaq  olar.  Fırıldaq  və  ya  dələduzluqla 

qarşılaşan  şəxs  aldadılmaq  təhlükəsilə  üzləşir.  Məsələn;  Sizin  satın  aldığınız 

maşının  spidometrində  40.000  km  rəqəmi  qeyd  olunub.  Amma  həqiqətdə  isə  bu 

rəqəm  Sizə  avtomobili  satan  şəxs  tərəfindən  dəyişdirilib,  əslində  avtomobil 

140.000 km yol keçib. Bu zaman biz dələduzluqla qarşılaşmış oluruq. 

Fırıldaq və dələduzluq  müxtəlif formalarda  mövcud ola bilər. Bununla bağlı 

səciyyəvi  vəziyyətlər  bunlardır:  vergi  məbləğinin  düzgün  göstərilməməsi,  biznes 

fəaliyyəti  ilə  bağlı  rəqəmlərin  saxtalaşdırılması  (məsələn,  xərcləri  şişirdilməsi), 

bazarda  çəkidə  aldatmaq,  vaxtı  ötmüş  malların  tarixinin  saxtalaşdırılması,  sığorta 

almaq  məqsədilə yalan məlumatların verilməsi, işə daxil olarkən saxta sənədlərin 

təqdim edilməsi və s. 

Yalan  və  hiylədə  olduğu  kimi  fırıldaq  və  dələduzluq  da  insan 

münasibətlərində  olan  qarşılıqlı  inamı  sarsıdır.  Fırıldıq  və  dələduzluqla  məşğul 

olan şəxs bu əməlini uzun müddət görə bilmir. Belə ki, onun bu əməllərinin üstü 

çox tez açılır. Bu halda həmin şəxs etibarını itirir və bir daha onu bərpa edə bilmir. 

Azərbaycan  reallığında  fırıldaq  və  dələduzluqla  bağlı  çoxlu  misallar 

mövcuddur.  İnsanların  etibarından  və  bəlkə  də  cahilliyindən  sui-istifadə  edən 

fırıldaqçılar  tezliklə  qanun  qarşısında  cavab  verməli,  yaxud  ölkədən  qaçmaq 

məcburiyyətində olmuşlar. 

Ş


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin