Müştərilərə münasibətdə məxfilik prinsipi
Məxfilik müştərinin başlıca hüquqlarından biridir. Bir çox ölkələrin səhiyyə
sistemində xəstənin diaqnozunun anonim saxlanılmasına zəmanət verilir. Müştəri
haqqındakı məlumatın məxfiliyi şirkətiin satış dövriyyəsi və maliyyə daxilolmaları
haqqındakı məlumatın məxfiliyi kimi vacib bir sirr sayılır. Bir çox iri şirkətlərdə
məxfilik elə bir mühüm məsələyə çevrilmişdir ki, həmin şirkətlər öz işçilərinə
müştəri ilə olan əlaqələrini ictimaiyyət qarşısında açıqlamağı qadağan edir. Bir çox
peşəkar mütəxəssislər müştərinin şəxsiyyətinin gizli saxlanılmasına daha ciddi
zəmanət verir. Məsələn, Qərb bank sistemində müştərinin şəxsiyyətinin və bank
məxfiliyinə yüksək zəmanət verilir və hətta hər hansı bir X şirkətinin bankın
müştərisi olması faktını açıqlamaq (barəsində məhkəmə qərarları olan hallar istisna
olmaqla) qadağan edilir. Konsaltinq şirkəti tərəfindən öz müştərisi haqqındakı
məlumatın müştərinin rəqibinə ötürülməsi vicdansız hərəkət hesab edilir.
Azərbaycanda işgüzar tərəfdaşlar tərəfindən müştərilər haqqında məlumatın
məxfiliyi şərtlərinə əməl olunmur. Müştərilər tərəfindən banklara təqdim edilən
biznes planların digər müştərilərə ötürülməsi faktları mövcuddur. Azərbaycan
banklarının əksəriyyətində müştərilərin məxfiliyinə zəmanət əməli sistem mövcud
deyildir, bu isə Azərbaycan əhalisinin yerli banklara etibar etməməsinin
səbəblərindən biridir.
İ
qtisadi fəallıq artdıqca və rəqabət kəskinləşdikcə Azərbaycan biznesi
göstərilən prinsiplərə riayət olunmasına daha ciddi yanaşacaq.
Qeyd olunmalıdır ki, geniş yayılmış «müştəri həmişə haqlıdır» qaydasına
baxmayaraq müştərinin də biznes qarşısında iki öhdəliyi vardır: sövdələrə əməl
etmək; xidmət və məhsulların dəyərini vaxtında ödəmək.
|