Müştərilərə qayğı
Biznes sahibləri öz müştərilərinə daima qayğı bəsləməlidir. Xidmət göstərən
tərəf yüksək keyfiyyətli xidmət təklif edə bilər, lakin həmin tərəf müştəriyə lazımi
qayğı göstərə bilmirsə, o tezliklə öz müştərilərini itirə bilər. Qayğı dedikdə,
müştərilərin ehtiyac və tələblərinə daim diqqətli olmaq, uyğun məhsul və xidmət
seçimində məsləhət vermək və yardım göstərmək, keyfiyyətsiz və ya uyğun
olmayan malın və xidmətin alınmasından çəkindirməyi nəzərdə tutulur. Belə
qayğını hiss edən müştəri istehsalçıya etibar edəcək və onun uzunmüddətli
müştərisinə çevriləcəkdir. Təsadüfi deyildir ki, bir çox məşhur şirkətlər
müştərilərinə qayğı göstərməyi özlərinin əsas missiyasına daxil etmişlər.
Dostları ilə paylaş: |